Milli Azərbaycan
Tarixi Muzeyində multikulturalizm üzrə
seminar
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanda
multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri”
mövzusunda növbəti
seminar keçirilib.
Muzeyin direktoru,
akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva və digər çıxış edənlər
ölkəmizdə multikulturalizm
mühiti, bu sahədə dövlət
siyasətindən söhbət
açıblar.
“Multikulturalizmin mahiyyəti
və hüquqi əsasları”, “Multikulturalizm
çərçivəsində erməni ziyalılarının
yaradıcılığında azərbaycanlılara münasibət
(XIX əsrin sonu - XX əsrin əvvəli)”, “Azərbaycanda multikulturalizm:
tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzularında
çıxışlar dinlənilib.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri xidmətinin
əməkdaşı Sərraf
Hüseynov “Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabı
haqqında məlumat verib və bu
cür nəşrlərin
Azərbaycan multikulturalizminin
əsaslarını öyrənmək
baxımından əhəmiyyətini
vurğulayıb. O, kitabın bir
nüsxəsini muzeyə hədiyyə edib.
Mədəniyyət.- 2016.- 20 may.-
S. 15.