Görkəmli dövlət xadiminin 100 illiyi qeyd olunub

Goranboy rayon Mərkəzi kitabxanasında görkəmli dövlət xadimi Vəli Axundovun 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

MKS-nin direktoru Gülnarə Nəsibova, Mərkəzi kitabxananın əməkdaşı Səfa Nəbiyeva, metodikabiblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, oxu zalının müdiri Sevda Əliyeva Vəli Axundovun həyat yolundan və fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Vəli Axundov həyatı boyu Azərbaycan xalqının rifahı üçün bütün gücünü, bacarığını, sərf edib.

Mədəniyyət.- 2016.- 20 may.- S. 11.