“Qarabağın səsi” -
ifaçılıq müsabiqəsi
Füzuli rayon Mədəniyyət evi ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Qabağın səsi” adlı xanəndə ifaçılığı müsabiqəsi keçirib. Müsabiqə iki qrup (musiqi məktəbləri və mədəniyyət müəssisələri) üzrə təşkil olunub. İfaçıları rayon uşaq musiqi məktəblərinin xanəndə ixtisası üzrə müəllimlərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Ümumilikdə 65 nəfərin qatıldığı yarışmada musiqi məktəbləri üzrə Böyük Bəhmənli kənd uşaq musiqi məktəbinin şagirdi Xəqani Şahbazov və Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin şagirdi Asif Yusifov I yerə, Mahmudlu - 1 kənd uşaq musiqi məktəbinin şagirdləri Bəhlul Orucov II yerə, Elcan Məmmədli isə III yerə layiq görülüb.
Mədəniyyət evləri
üzrə Kərimbəyli kənd Mədəniyyət evinin dərnək üzvü
Elxan Quliyev I, rayon Mədəniyyət evinin
dərnək üzvü Füzuli
Orucov və Aşağı Mollaməhərrəmli
kənd Mədəniyyət evinin dərnək
üzvü Gülay Hüseynova II, rayon Mədəniyyət
evinin dərnək üzvü
Telman Əliyev isə III yerləri
bölüşüblər.
Mədəniyyət.- 2016.-20 may.- S.
11.