“Multikulturalizm
ili” çərçivəsində tədbir
Kürdəmir Rayon Mədəniyyət
və Turizm Şöbəsinin təşkilatçılığı
ilə Qarabucaq qəsəbəsində
“Ahıska türklərinin tarixi və bugünü” mövzusunda
tədbir keçirilib. “Multikulturalizm
ili” çərçivəsində təşkil
olunan tədbirdə Ahıska türklərinin
mətbəxini əks etdirən sərgi nümayiş
etdirilib, iştirakçılara mətbəx
nümunləri təqdim olunub. Qarabucaq qəsəbə əsas məktəbinin
direktoru, Ahıska türkü
Sərvər Həsənov, qəsəbə icra
nümayəndəsi İlham Allahverdiyev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Vaqif Alıyev və başqaları
çıxış ediblər. Azərbaycanda yaşayan
azsaylı xalqlara və etnik
qruplara göstərilən dövlət
qayğısından minnətdarlıqla söz
açılıb.
Mədəniyyət.- 2016.- 20 may.-
S. 11.