Balaca musiqiçinin uğuru
Xəbər verdiyimiz kimi, İstanbulda 11-ci Beynəlxalq
Pera Fortepiano
Festivalı keçirilib. Müxtəlif
ölkələrdən 100-dək gənc musiqiçinin
qatıldığı sənət bayramında Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinin II sinif
şagirdi Münəvvər Əliyeva da iştirak edib. Onun ifa
proqramına Bax, Çerni,
Bethoven, Şopen və
Roulinin əsərləri daxil
idi. Balaca musiqiçi ifası ilə münsiflərin rəğbətini
qazanıb. Çətin proqramın öhdəsindən böyük məharətlə gələn
Münəvvər Əliyeva iyunda Stokholmda keçiriləcək müsabiqəyə
dəvət alıb.
Mədəniyyət.- 2016.- 20 may.-
S. 10.