İkili diplom layihəsinin müddəti uzadılır

ATMU ilə Avstriya universiteti arasında müvafiq müqavilə imzalanacaq

 

Mayın 17-də Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin yaradıcısı və fəxri prezidenti Heinz Boyerbaş icraçı direktoru professor Karl Ennsfellner Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) qonağı olublar.

Qonaqlar ATMU-nun rektoru, professor Cəfər Cəfərov və ali təhsil ocağının inzibati heyət üzvləri ilə görüşüblər. Görüşdə universitetlərarası əlaqələrin inkişaf dinamikasından söhbət açılıb, qarşıdakı illərdə bakalavrmagistr proqramı üzrə əməkdaşlığın yeni istiqamətləri, o cümlədən ATMU-nun fəaliyyət mexanizminin genişlənməsi imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən “Turizm və asudə vaxt menecmenti” adlı Azərbaycan-Avstriya Turizm-Təhsil Proqramının əsas təməli olan ikili diplom layihəsinin müddəti artıq ikinci dəfədir ki, uzadılır. Əldə olunan razılığa əsasən, bu il iyunun 30-da müqavilənin qarşıdakı illərdə fəaliyyət göstərməsi üçün yenilənməsi ilə bağlı imzalanma mərasimi keçiriləcək. 2017-ci ildə layihənin 10 illiyi ilə əlaqədar həm Bakıda, həm də Avstriyanın Krems şəhərində bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.

İkigünlük səfər zamanı İMC Krems Tətbiqi Elmlər Universitetinin fəxri prezidenti Heinz Boyerprorektor Karl Ennsfellner mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb, qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Mədəniyyət.- 2016.- 20 may.- S. 9.