Rusiyalı professorun
Bakıda ustad dərsi
Mayın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Sankt-Peterburq Musiqi Liseyinin direktoru, fortepiano ixtisası üzrə professor Vitali Romanov ustad dərsi keçib. Görüş paytaxtımızda reallaşdırılan “Bakıda Sankt-Peterburq görüşləri” adlı silsilə mədəni-maarif aksiyaları çərçivəsində baş tutub.
Ustad dərsində Q.Qarayev adına
Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nərgiz Əliyeva, T.Quliyev
adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Ayan Aslanova, Zərqələm
Mehdiyeva və G.Şaroyev
adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Həşim
Həşimov və Məryəm Vəliyevanın fortepianoda ifaları dinlənilib. Onların
ifalarını rəğbətlə qarşılayan Vitali Romanov ustad tövsiyələri verib.
Mədəniyyət.- 2016.- 20 may.-
S. 5.