Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi qeyd olundu
Ötən illərdə 5 mindən
çox məzunu olan tədris ocağı ölkəmizdə
turizmin inkişafına
böyük töhfə
verib
Mayın 19-da Mədəniyyət
və Turizm Nazirliyinin Mingəçevir
Turizm Kollecinin 10 illik yubileyi təntənə ilə qeyd olunub.
Tədbir iştirakçıları
əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək
abidəsi önünə
gül dəstələri
düzüblər.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Mingəçevir
Şəhər İcra
Hakimiyyətinin başçısı
Niyazi Bayramov kollecin maddi-texniki bazası və tədris-təlim prosesi ilə tanış olub, müəllim və tələbələrlə
görüşüb, kollektivi
yubiley münasibətilə
təbrik edərək
ən xoş arzularını çatdırıblar.
Ötən 10 il ərzində təhsil ocağının
fəaliyyətindən və
qazandığı uğurlardan
bəhs edən videoçarx nümayiş
olunub.
Sonra Mingəçevir
Dövlət Dram Teatrında
təntənəli yubiley
mərasimi keçirilib. Tədbir iştirakçıları
burada kollecin tələbələrinin əl
işlərindən ibarət
sərgiyə baxıblar.
Mərasimdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov ölkəmizdə
turizm sahəsi üçün ixtisaslı
kadrlar hazırlayan təhsil ocağının
ötən 10 il ərzində gördüyü işlər,
əldə etdiyi uğurlar barədə məlumat verib.
Bildirib ki, hər bir sahənin
inkişafı məhz
güclü maddi-texniki
bazadan, intellektual və bacarıqlı kadr potensialının yetişdirilməsindən asılıdır. Bu baxımdan
Mingəçevir Turizm
Kolleci hətta müvafiq ali
məktəblərlə rəqabət
apara bilər. Kollecdə tədris və təlim-tərbiyə işləri
müasir dövrün
tələbləri səviyyəsində
qurulub.
Təhsil
ocağının kollektivi
hər il
Bakıda keçirilən
Azərbaycan beynəlxalq
“Turizm və səyahətlər” sərgisində
və digər mötəbər tədbirlərdə
uğurla təmsil olunur. Kollec xarici ölkələrin
təhsil ocaqları ilə əlaqələrini
ildən-ilə genişləndirir.
Hazırda 12 ixtisas üzrə
1823 tələbənin təhsil
aldığı Mingəçevir
Turizm Kolleci Türkiyə, Böyük
Britaniya, Qazaxıstan,
Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas
məktəblərinin təcrübəsini
öyrənir, kollecin
müəllimləri beynəlxalq
təhsil proqramlarında
iştirak edərək
böyük təcrübə
əldə edirlər.
Artıq 10 ildir ki, təhsil ocağında turizmin, mehmanxana təsərrüfatının
təşkili və idarə edilməsi, bədən tərbiyəsi
və idman, xarici dil, ibtidai
sinif müəllimliyi,
mühasibat uçotu,
turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili, dekorativ-tətbiqi sənət
və xalq sənəti, reklam işi, muzey işi və abidələrin mühafizəsi,
dizayn və digər ixtisaslar üzrə kadrlar hazırlanır.
Ötən 10 il ərzində kolleci bitirmiş 5 mindən çox məzun hazırda turizm sahəsində uğurla çalışır. Tələbələr 20-dən
çox şəhər
və rayondakı
hotel və turist-sanatoriya
komplekslərində, istirahət
mərkəzlərində təcrübə-təlim
kurslarına cəlb edilib, onların ingilis dili və
kompüter proqramlarını
öyrənməsinə üstünlük
verilir. Ölkəmizdə turizm sahəsində
ixtisaslı kadrlara tələbatın artması
nəzərə alınaraq,
növbəti tədris
ilində kollecdə yeni ixtisasların açılması planlaşdırılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış
edərək ölkəmizdə
turizmin inkişafı
istiqamətində görülən
işlərdən, qazanılan
uğurlardan danışıb. Bildirilib ki,
turizmin inkişafını
prioritet hesab edən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun
olaraq ölkəmizdə
bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
Regionlarda da turizm infrastrukturunun genişləndirilməsi
prosesi sürətlə
gedir. Dövlətimizin başçısının regionlarda mehmanxana və digər turizm obyektlərinin açılışında iştirakı
onun bu sahəyə
yüksək diqqətinin
göstəricisidir. Hər
il ölkəmizdə
40-a yaxın hotel istifadəyə
verilir və bu proses davam
etməkdədir.
Mingəçevir Turizm Kollecinin ixtisaslı kadrlar yetişdirməklə ölkəmizdə
turizmin inkişafına
böyük töhfə
verdiyini qeyd edən nazir kollecin 10-dan çox ölkənin turizm üzrə ali
və orta ixtisas təhsili müəssisələri ilə
sıx əməkdaşlıq
etməsini, beynəlxalq
təhsil proqramlarından
bəhrələnməsini qazanılan uğurlarda vacib rol oynadığını
vurğulayıb.
Kollecin ötən
10 ildəki fəaliyyətini
yüksək qiymətləndirən
Əbülfəs Qarayev
təhsil ocağının
müəllim və tələbələrini yubiley
münasibətilə təbrik
edib, onlara daha böyük uğurlar arzulayıb.
Mingəçevir Şəhər İcra
Hakimiyyətinin başçısı
Niyazi Bayramov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov
çıxış edərək
Mingəçevir Turizm
Kollecinin ölkəmizdə
nüfuzlu təhsil ocaqlarından biri olduğunu bildirib, yubiley münasibətilə
müəllim və tələbələri, məzunları
təbrik ediblər.
Sonra kolleclə
Zərdabi Mətbuat Mərkəzinin birgə təşkil etdiyi “Azərbaycan turizm diyarıdır” müsabiqəsinin
qaliblərinin mükafatlandırılması
mərasimi olub. Mingəçevir Turizm Kolleci adından nazir Əbülfəs Qarayevə
xatirə hədiyyəsi
təqdim edilib.
Yubiley mərasimi
kollecin tələbələri
və yerli incəsənət ustalarının
iştirakı ilə
təşkil olunan konsert proqramı ilə başa çatıb.
Mədəniyyət.- 2016.- 20 may.-
S. 3.