Kann festivalının
qalibləri elan olundu
“Qızıl palma budağı”na 80 yaşlı ingilis rejissor Ken Loach layiq görülüb
Mayın 11-dən 22-dək
davam edən 69-cu Kann Beynəlxalq Film Festivalına yekun vuruldu. Rejissor Corc Millerin rəhbərlik etdiyi jürinin seçimi bir çox kino tənqidçiləri
və kinosevərlər
üçün gözlənilməz
olub. Bu il
namizədlər 7 nominasiya
üzrə mükafatlandırılıblar.
Festivalın baş mükafatına - “Qızıl palma budağı” mükafatına
ingilis rejissor Ken Loachın “Mən, Daniel
Blake" filmi layiq görülüb. Bir çox mütəxəssislərin
fikrincə, münsiflər
bununla iyunda 80 yaşı tamam olacaq rejissoru təbrik ediblər.
Festivalın əhəmiyyətinə görə
ikinci mükafatı -
Qran-pri Ksavye Dolanın “Bu, sadəcə
dünyanın sonudur”
filminə verilib.
Ən yaxşı
rejissor nominasiyasında
mükafat iki layiqli iddiaçı - rumın Kristian Munciu (“Məzun”) və fransız Olivye Assayas (“Fərdi alıcı”) arasında bölüşdürülüb.
Ən yaxşı kişi
roluna görə mükafat Şabab Hoseyni, ən yaxşı qadın roluna görə - Jaklin Jose qazanıb. Jürinin mükafatı Andrea Arnoldun
“Amerika balı” filminə təqdim olunub. İranlı rejissor Aşğar
Farhadi isə ən yaxşı ssenariyə görə təltif edilib.
Mədəniyyət.- 2016.- 25 may.- S.
16.