Azərbaycan folkloru və mədəni müxtəliflik

Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə mayın 19-20-də Zaqatala şəhərində “Azərbaycan folkloru və mədəni müxtəliflik” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zaqataladakı Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə şimal-qərb bölgəsinin folklor kollektivlərinin çıxışlarını izləyib, xalq yaradıcılığı nümunələri sərgisi ilə tanış olublar.

Konfransın açılışında rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bilik Fondu Aparatının rəhbəri, professor İsaxan Vəliyev ölkəmizdə multikulturalizm, onun tarixi-mədəni əsasları, folklorda multikultural dəyərlərdən söz açıblar.

Konfrans işini “Etnoslararası dialoquzlaşmada ənənəvi dəyərlərin rolu”, “Azərbaycan folklorunun etnik-lokal rəngarəngliyi”, “Multikultural zəmində əlaqə və münasibətlər: folklor turizmi”, “Azərbaycan folklorunda fərqli mədəniyyət elementləri: tarixietnik aspektlər”, “Azərbaycan folklorunda dini tolerantlıq” bölmələri üzrə davam etdirib. Tədbirin proqramına Türkiyə, İranÇexiyadan da nümayəndələr olmaqla 40-dan artıq məruzə daxil edilib.

Soltan

Mədəniyyət.- 2016.- 25 may.- S. 14.