ATMU-nun ikinci fəxri doktoru
“Hər zaman Azərbaycanın və ATMU-nun yaxın dostu olacağam”
Xəbər
verdiyimiz kimi, Azərbaycan
Turizm və Menecment Universitetinin (ATMU) elmi
şurasının mayın 16-da keçirilən iclasında
Birləşmiş Millətlər Dünya
Turizm Təşkilatının (UNWTO) fəxri
baş katibi Françesko Franjialliniyə ali
məktəbin fəxri doktoru
adının verilməsi barədə qərar qəbul olunub.
Mayın 20-də ATMU elmi
şurasının iclasında fəxri doktor
adının təqdimatı keçirilib.
İclasda çıxış edən rektor Cəfər Cəfərov bildirib ki, 2011-ci il noyabrın 16-da Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaiyə beş yaşlı tədris ocağının ilk fəxri doktoru adı təqdim olunub. Bu il isə 10 yaşını qeyd edən ali məktəbin ikinci fəxri doktoru adına isə DTT-nin fəxri baş katibi F.Franjiallini layiq görülüb.
Sonra qonaq haqqında məlumat verilib. Bildirilib ki, 1947-ci ildə
Parisdə anadan olan Françesko Franjiallini 1986-1989-cu illərdə
Fransanın Milli Turizm İdarəsinə rəhbərlik edib. 1990-1996-cı illərdə Dünya Turizm Təşkilatı baş
katibinin müavini,
1997-2009-cu illərdə isə
təşkilatın baş
katibi olub. İqtisadiyyat, ictimai hüquq
və siyasi elmlər, statistik və bazar araşdırmaları
sahəsində çoxsaylı
tədqiqatların və
məqalələrin müəllifidir.
F.Franjiallini DTT-də baş
katib vəzifəsində
işlədiyi müddətdə
Azərbaycanın quruma
üzvlüyünə dəstək
olub, bir neçə dəfə ölkəmizə səfər
edib və ölkə rəhbərliyi
səviyyəsində qəbul
edilib.
Mərasimdə çıxış edən F.Franjiallini ali təhsil
ocağının elmi-şurasına
təşəkürünü bildirib. Hər zaman Azərbaycanın
və ATMU-nun yaxın
dostu olacağını
deyən qonaq bilik və çoxillik
peşə təcrübəsini
universitetin müəllim
heyəti və tələbələri ilə
bölüşməyə daim hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, 17-21 may tarixində Bakıya səfər edən F.Franjiallini ATMU tələbələrinə
“Dünya ticarətində
turizmin rolu”, “Davamlılıq məfhumunun
turizmdə tətbiqi”,
“Turizm sektorunda böhran və turizmin yerli və milli səviyyədə
təşkili” və
s. mövzularda mühazirələr
oxuyub.
Mədəniyyət.- 2016.- 25 may.- S. 9.