Turistlər və paytaxt sakinləri üçün
yeni layihə
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı həftənin şənbə və bazar günləri axşam saatlarında şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihəyə start verib.
Mayın 22-23-də tamaşaçılara Tofiq İsgəndərlinin iştirakı ilə “İlluziya şou”su, Niyaz Qasımovun aparıcılığı ilə əyləncəli oyunlar və teatrın bədii rəhbəri İntiqam Soltanın quruluşunda “Göyçək Fatma” tamaşaları nümayiş etdirilib.
Yay aylarında açıq havada hər
həftəsonu, şənbə günü
saat 19-dan 21-dək Səbail rayonunda yerləşən Xaqani
bağında (Malakan bağı)
teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş
etdiriləcək, balacalar üçün
müxtəlif əyləncəli oyunlar və
şoular təşkil olunacaq.
Mədəniyyət.- 2016.- 25 may.-
S. 8.