Yekaterinburqdan mükafatla
Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova mayın 16-dan 21-dək Rusiyanın Yekaterinburq şəhərində SSRİ Xalq artisti Vladimir Kuroçkin adına gənc operetta və müzikl artistlərinin VI beynəlxalq müsabiqəsində iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu mötəbər sənət yarışmasına qatılan gənc aktrisa dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” əsərindən Gülçöhrənin ariyasını ifa edərək III mükafata layiq görülüb.
Qeyd edək ki,
operetta və müzikl
çərçivəsində “vokal və
səhnə sənəti” nominasiyasında keçirilən
müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşınadək
gənclər iştirak ediblər.
Mədəniyyət.- 2016.- 25 may.-
S. 6.