Azərbaycanda alman irsi haqqında film çəkiləcək
Almaniyalı rejissorun filmində
ölkəmizin tarixi,
multikulturalizm ənənələri,
turizm imkanları da əks olunacaq
Mayın 24-də mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
almaniyalı kinorejissor
Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Görüşdə Azərbaycanda alman irsi haqqında filmin çəkilməsi
ilə bağlı layihə müzakirə olunub. Nümayəndə heyətinin çəkilişlərlə
bağlı Bakı, Gəncə şəhərlərinə,
Gədəbəy, Göygöl,
Şəmkir, Ağstafa,
Tovuz, Samux rayonlarına səfərlərinin
nəticələri haqqında
fikir mübadiləsi aparılıb.
Layihənin həyata keçirilməsində
əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış
almanların irsinin dünyaya çatdırılmasıdır. Layihə alman
irsini işıqlandırmaqla
yanaşı, ölkəmizdə
mövcud olan multikultural mühit və tolerantlıq haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasına
xidmət edəcək.
Nazir müavini
Sevda Məmmədəliyeva
almanların ölkəmizdə
məskunlaşma tarixi,
həyat tərzi, müxtəlif sahələrdə
gördükləri işlər
haqqında danışıb. Almanların ölkəmizdə
yaratdıqları memarlıq
nümunələrindən və uğurlu fəaliyyət sahələrindən
bəhs edən nazir müavini deyib ki, Azərbaycanda
alman irsinin qorunması, təbliği
üzrə işlər
aparılır, müxtəlif
konfranslar, tədbirlər
təşkil olunur.
Sevda Məmmədəliyeva
bu istiqamətdə görülən işlərdən
biri kimi Göygöldə Alman icmasının tarixi muzeyinin yaradılmasını
xüsusilə qeyd edib və bu
kimi mədəniyyət
obyektlərinin iki xalq arasında möhkəm dostluq nümunəsi olduğunu vurğulayıb.
Berlin
Humboldt Universitetinin Azərbaycan
tarixi kafedrasının
müdiri, professor Eva Maria Aux səfərin təşkilindən
böyük məmnunluq
duyduğunu ifadə edib və ilin
sonuna qədər çəkilməsi planlaşdırılan
filmin həm Azərbaycan, həm də Almaniya cəmiyyəti üçün
mühüm əhəmiyyət
kəsb etdiyini bildirib.
Səfərdə iştirak edən səfir və diplomatlar üçün
keçirilən proqramın
direktoru Ortvin Hennig isə Azərbaycana dəvət olunduğuna və göstərilən səmimi
qəbula görə minnətdarlığını ifadə edib. O, Azərbaycan
xalqının qonaqpərvərlik
və səmimiyyəti
ilə yanaşı, tolerantlıq və multikultural dəyərlərə
verdiyi böyük önəmin onda zəngin təəssüratlar
yaratdığını vurğulayıb.
Kinorejissor Fridhelm Brükner layihənin həyata keçirilməsinin Azərbaycanın
həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcəyini bildirib. Qeyd edib
ki, filmin Almaniyanın bir neçə televiziya kanalında yayımı nəzərdə tutulur.
Filmin hazırlanmasının əsas
məqsədlərindən biri də Azərbaycanın
turizm sektorunun tanıdılmasıdır. Filmdə Azərbaycanda alman izləri ilə yanaşı, ölkəmizin
tarixi, tolerantlığı
və multikulturalizm ənənələri də
əks olunacaq. Rejissor sentyabr ayından filmin çəkilişlərinin
başlanacağını deyib.
Sonda nazir müavini Sevda Məmmədəliyeva görüşdə
müzakirə olunan məsələlərin əhəmiyyətini
qeyd edib və birgə fəaliyyət nəticəsində
bu layihənin iki ölkə arasında əməkdaşlığın
inkişafına mühüm
töhfə olacağını
bildirib.
Qeyd edək ki, UNESCO-nun
2016-2017-ci illər üzrə
yubileylər proqramı
çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının
(1817) 200 illik yubileyi qeyd olunacaq. Bu
yubiley münasibətilə
Azərbaycanda olan alman irsi haqqında
film çəkilməsi qərara
alınıb.
Mədəniyyət.- 2016.- 25 may.-
S. 3.