“Azərbaycan islam
mədəniyyətinin incisidir”
Təbrizdə fotosərgi açılıb
Mayın 23-də İranın Təbriz şəhərində “Azərbaycan islam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin açılışı olub. Mərasimdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi iştirak ediblər.
Təbriz bələdiyyəsinin muzeyində keçirilən fotosərgidə Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Astara və başqa şəhərlərindəki məscidlərin böyük formatlı fotoları nümayiş etdirilir. Sərgidə həmçinin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki məscidlər haqqında materiallar yer alıb.
Sərginin
açılışında qeyd olunub ki, erməni
işğalçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini yalnız hərbi təcavüzə
deyil, həm də mənəvi təcavüzə
məruz qoyublar. Şuşa
və Ağdam şəhərlərindəki
məscidlər ermənilər tərəfindən
dağıdılıb. Bu, ermənilərin
İslam mənəviyyatına təcavüzü
deməkdir.
Mədəniyyət.- 2016.- 25 may.-
S. 2.