Altaylardan Balkanlara türk
dünyası rəsm sərgisi
Mayın 23-də Rumıniyanın Konstansa şəhərində Türkiyə baş konsulluğu, Yunus Əmrə İnstitutu və Konstansa Türk Mədəniyyət Mərkəzinin işbirliyi ilə “Altaylardan Balkanlara türk dünyası” rəsm sərgisi açılıb.
Sərgidə TÜRKSOY-a üzv ölkələrlə yanaşı, Makedoniya, Bosniya və Herseqovina kimi ölkələrdən də rəssamların əsərləri - ümumilikdə 17 ölkədən 26 rəssamın 33 tablosu yer alıb.
Qeyd edək ki, TÜRKSOY-un ənənəvi “Rəssamlar görüşü” layihəsi çərçivəsində ərsəyə gələn əsərlər il boyu qurumun tədbirləri vasitəsilə bütün dünyada nümayiş etdirilir. Ötən 20 ildə 300-ə yaxın rəssamı bir araya gətirən layihə nəticəsində qurumun kolleksiyasında bənzərsiz əsərlər toplanıb. Bu əsərlər Nyu-York, Tehran, Florensiya və Rabata qədər minlərcə kilometr yol qət edərək, 27 fərqli ölkə və 100-dək şəhəri dolaşaraq türk mədəniyyətinin fərqli pəncərəsindən sənətsevərlərə təqdim olunub.
Rumıniyanın Konstansa
şəhərindəki sərgi mayın 29-na qədər davam edəcək.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 16.