Əlyazmaları xilas edən mütəxəssis
Zaur Orucov Balakən rayonunun Qullar kəndində anadan olub. Bakalavr və
magistratura təhsilini
İstanbuldakı Memar
Sinan Universitetində alıb. AMEA-nın M.Füzuli adına
Əlyazmalar İnstitutunun
bərpa laboratoriyasında
elmi işçi işləyir. Eləcə də Türk
Əməkdaşlıq və
Koordinasiya Agentliyinin
(TİKA) Bakı ofisinin
mədəniyyət layihələri
məsləhətçisi kimi fəaliyyət göstərir. MDB Humanitar Əməkdaşlıq
Şurası və Dövlətlərarası Humanitar
Əməkdaşlıq Fondu
tərəfindən təsis
edilən “Debütlərin
birliyi” beynəlxalq müsabiqəsinin diplomantı
olub.
Azərbaycan, Gürcüstan, Türkiyə,
İnquşetiya, Şimali
Osetiya və Dağıstanda tikilmiş
40-dək məscidin yazı
və bəzək tərtibatında iştirak
edib. Yerli və beynəlxalq
sərgilərin iştirakçısıdır.
- Zaur bəy, necə oldu ki, cildçilik sənətini öyrəndiniz?
Əlyazmalar İnstitutunda nə
zamandan çalışırsınız?
- 1995-ci ildə Türkiyənin Memar Sinan Universitetinin
ənənəvi sənətşünaslıq
bölümünə daxil
oldum. Təzhip, miniatür, ebru
və naqqaşlıq
dərsləri aldım.
Elə orada cild sənəti ilə tanış
olub, onu dərindən öyrəndim.
2001-ci ildə Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyini
ziyarət edərkən
orada qədim əlyazma kitablarını
gördüm. Muzey işçilərinə əlyazmaların
bərpası üzrə
mütəxəssis olduğumu
dedim,
onlar da məni Əlyazmalar İnstitutuna göndərdilər.
İnstitutun rəhbərliyinə müraciət etdim, mütəxəssis kimi işə qəbul edildim. Həmin vaxtdan burada
işləyirəm.
- İndiyə kimi
nə qədər qədim əlyazma kitabı bərpa edib cildləmisiniz?
- İlk dəfə
İbn Sinanın kitabına qızılla bəzədilmiş dəridən
cild düzəltmişəm. Sonralar Nizami, Xaqani, Füzuli, Ürfi kimi dahi şəxsiyyətlərin
əlyazmaları da daxil olmaqla, 50-dən çox kitabın qapağını bərpa
etmişəm.
- Cildləmə işində
daha çox hansı dəridən istifadə edirsiniz?
- Bizim sənətdə ən çox istifadə olunan keçi dərisidir. Qoyun, ceyran dərilərindən
də istifadə edilir. Qabaqlar həm çalışdığım
institut vasitəsilə,
həm də şəxsi təşəbbüsümlə
bu sahə ilə bağlı bəzi avadanlıqlar əldə olunurdu. TİKA institutumuzla birgə layihə nəticəsində bizə
bu işdə yardım etdi. Sonradan mütəxəssislərimiz
bir neçə dəfə İstanbul,
Konya əlyazma mərkəzlərindəki
bərpa və saxlanılma şəraiti
ilə yaxından tanış oldular.
- Qədim əlyazma kağızlarının xüsusiyyətləri
nədən ibarətdir?
- Əlyazma kağızları
qədimlərdə əl
ilə hazırlanırdı. Tut ağacı
başda olmaqla bir çox ağaclardan kağız əldə edirdilər. Yazı qarğı qələmlə
yazıldığı üçün
kağızın üzərindəki
nahamar hissələri
yazmağa uyğun hala gətirmək gərək olurdu. Bu “ahər” adı
verilən bir üsul ilə cilalanır və parıldadılırdı. Beləliklə, yumşaq və
hamar kağızlar əldə edilirdi. O
vaxtlar Azərbaycana Çin, Özbəkistan,
Hindistan, Avropa və başqa yerlərdən kağızlar
gətirilirdi. Tarixdə kağızlar
xəşəbi, dəməşqi,
dövlətabadi, xətayi,
adilşahi və başqa adlarla adlandırılıb.
- Əlyazmaları yeyən
həşəratlarla necə
mübarizə aparırsınız?
- Kitab zərərvericilərinin
bir çox görünən və gürünməyən növləri
var. İldə iki dəfə həşəratlara
qarşı ümumi dərmanlama işi aparılır. Kitabların
təmizlənməsi prosesi
isə demək olar, hər iş günü ardıcıl olaraq həyata keçirilir.
- Siz həm də
əbru sənətilə
məşğul olursunuz.
Bu sahədə tələbələriniz varmı?
- Əbru sənəti,
eləcə də məscidlərin bədii tərtibatı ilə məşğul oluram. Əbru bizim
unudulmuş ənənəvi
sənətlərimizdən biridir. Çox maraqlı və
bir o qədər sirli sənət növüdür. Əbru bütünlüklə
təbii boyalardan meydana gəlir. Qatılaşdırılmış su üzərinə
boyaları fırça
vasitəsilə damızdırmaqla
onu icra edən adamın istəyinə uyğun bəzəklər alınır.
Öyrətməyə gəlincə, Bakıda
ilk dəfə olaraq Gəncliyə Yardım Fondunda əbru sənətini öyrətməyə
başladım. İndi bu sahədə
mənə TİKA-nın
Bakı ofisi dəstək verir. Ötən il
Bakı, Şəki, Şəmkir və Gəncədə əbru təlimləri keçdim.
Hazırda Bakı Dövlət
Universitetində və
Ramanıdakı Sağlamlıq
İmkanları Məhdud
Gənclərin Peşə
Reabilitasiya Mərkəzinin
şagirdlərinə bu
sənəti təmənnasız
öyrədirəm.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 27 may.-
S. 15.