"Tolerantlığımızın
gələcəyi"
6-16 yaş arası şagirdlərin rəsm müsabiqəsi
1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Azərbaycan Rəssamlar İttifaqında (ARİ) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə gənc rəssamların tolerantlıq və multikulturalizm mövzusunda əsərlərindən ibarət "Tolerantlığımızın gələcəyi” adlı 6-16 yaşlı uşaqların adlı yaradıcılıq sərgisi keçiriləcək. “Tolerant Azərbaycan gənci” layihəsinin davamı olan sərgi 1-6 iyun tarixində gerçəkləşəcək.
Uşaq və yeniyetmələr arasında tolerantlığı və multikulturalizmi təbliğ etmək, başqa xalqların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmağı aşılamaq məqsədi daşıyan layihə ümumrespublika təhsil məktəblərinin şagirdləri arasında yaradıcılıq müsabiqəsidir. Müsabiqədə yaşı 6-16 yaş arası şagirdlər iştirak edə bilər. Təqdim olunan yaradıcılıq işlərinin hər biri özündə sülh, dostluq, hörmət, birgə yaşamaq mədəniyyəti, dinindən, irqindən, etnik mənsubiyyətindən, milliyyətindən asılı olmayaraq, hər kəsə bərabər hüququn verilməsi anlayışlarını daşımalıdır.
Rəsm, plakat, heykəl, maket nominasiyaları üzrə qəbul edilən
əsərlər münsiflər heyəti tərəfindən
dəyərləndiriləcək. Layihənin
iştirakçılarının hər biri
sertifikat, qaliblər isə xüsusi mükafat ilə
təltif olunacaq.
Mədəniyyət.- 2016.-27 may.-
S. 13.