Millət coşğulu, Söz ordulu

Bu xalqın oyanış lərzəsi, dərd-ələm dilmancı, əbədi ədəb-irfan Mirzəsi - Mirzə Ələkbər Sabir...

Sabira!”…

Bu dahi öz yaradıcılığında bu xitabdan bir neçə yol istifadə edib. Birini də “Beynəlmiləl” şeirində. Ermənilərin 1918-ci ildə Bakıda törədəcəyi mart qırğınlarının ilk simptomları görünəndə “əfkari-ümumiyə” belə bir müraciət etmişdi: “Haqqı xalqa bildirib, dəfi-zəlalət etməli, Gün kimi taban edib pamali-zülmət etməli, Sabira, beynəlmiləl tədbiri-ülfət etməli!..”

...Deməzsizmi, indilərki milli-siyasi günümüzü, bütün qanan-yananlarımızı dözümsüz birdozada incidib-cırnatmış son qərinəmizi saf-çürük edəndə mən həmin şeiri bu dahi haqq şairimizin yeganə yanlışı hesab edirəm. Fikirləşirəm ki, bu xalqın milli-mənəvi portretini ecazkar və tamamilə təkrarsız bir ustalıqla yaratmış bu Ustad, nə əcəb erməni xislətinin haçansa dəyişəcəyinə ümid edərək, püskürməkdə olan alov üstünə “dəfi-zəlalət”, “pamali-zülmət”, “tədbiri-ülfət” suları çiləmək taktikasından əlavə, hələ birEy süxəndanan, bu günlər bir hidayət vəqtidir, Ülfəti-ünsiyyətə dair xitabət vəqtidir” strategiyasına da qol qoymuşdur...

Buasi” qənaətimə görə, Tək olan Tanrı, poetik dipdirilikdə Bir olan Sabirin ruhu, sovetlər dönəminin ən işlək tərkiblərindən olan “tərəqqipərvər bəşəriyyət” məni bağışlasın. Ki, belə bir dərya şairin ildönümü ilə bağlı damla bir yazının həcminə, onun, bəşəri bataqlıq timsallı bir toplumu da adam sayan bir şeiri səbəbilə bir abzaslıq müdaxilə etdim...

Özündən savay hər şeyi yazan...

Bu qənaəti mənə bu yazıya onun həyatından başlamaq istəyim bağırdı. Bu jarqonu təsadüfdən işlətmədim. Təsəvvür edək; Ey əcəb, mən ki sədaqət yolunu azmayıram, Hələ gördüklərimin dörddə birin yazmayıram” desə də, lokal-qlobal çevrəsinin hər nəsnəsini qələmə almış bu azmanın “sənədi variant”ı (ədəbi-bədii-sənəti variasiyalarını demirəm) bir şeiri həcmində ola, olmaya...

Bilirik ki, on doqquzuncu əsrin ikinci yarısı Azərbaycan ədəbiyyatı və mədəniyyətinə bütöv bir intibah nəsli (Mirzə Cəlil, M.Ə.Sabir, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Haqverdiyev, M.Hadi, Ü.Hacıbəyli, H.Cavid...) doğdu və sonrakı yüzillik milli tariximizə müqayisəsiz bir inkişaf mərhələsilə qədəm qoydu. O böyük millət Mirzələrindən ikisi - öz şəxsi-həyati gün-güzəranlarını unudan Cəlil və Sabir çağdaş kütlə əksəriyyətinin nifrətini, bütün gələcəyimizinsə məhəbbətini qazanası bir yol tutdular. Onların timsalından göründü ki, ədəbiyyat kəskin sosial proses və problemləri əks etdirməklə yanaşı, öz atəşsiz, qanun-qərarsız mənəvi hakimiyyətilə ümummilli gedişata təsir göstərə, milli-mental “mən”in formalaşmasını sürətləndirə bilər.

Hələ gördüklərinin dörddə birin “yazmamış” bu Mirzəmizin həyat və sənət yolu, müxtəsər tərcümeyi-halı haqda ilk məlumatı ən yaxın həmkar-dostlarından Abbas Səhhət və repressiya qurbanı Seyid Hüseyn veriblər. Onlar böyük şairin həyat və yaradıcılığı ətrafında fədakar araşdırmalar aparmış, hələ sağ olan ailə üzvləri, dostları, müəllim yoldaşları, keçmiş şagirdlərilə görüşüb xatirələrini dinləmiş və bütün bunlar neçə-neçə gözəl xatirələrə, nəhayət, 1934-cü ildə “Bütün əsərləri” adlı yeni, mükəmməl bir nəşrə çevrilmişdir. Həmin nəşrin yarı elmi-yarı bədii və çox oxunaqlı müqəddiməsindən bəlli olur ki, S.Hüseyn də Sabirlə yaxın dostluq etmiş, bir sıra çox maraqlı fakt və hadisələri, şairin evlənmə tarixçəsini həmin vaxtlar bilavasitə Sabirin özünün ona danışdıqları əsasında işləyib hazırlamışdır.

Beləliklə;

o çağlardan bu çağlarabütün gələcəklərə hər an, hər yerdə sadəcə-yalxıca Sabir adı ilə tanınan və tanınası Mirzə Ələkbər Sabir Tahirzadə 1862-ci il mayın 30-da Şamaxı şəhərində dünyaya göz açıb.

Bu unikal istedadmilli ağıl dəryasının həyat hekayətinin ibtidasını nağıl dili ilə söyləməli olsaq, atası Məşədi Zeynalabdin balaca dükanındakı alış-verişilə ailəsinin dolanacaq ehtiyaclarını təmin edər, anası Səltənət balalarının rifahı üçün özünü oda-közə vururmış. Bu təmiz mömin-müsəlmanlar öz axirət günləri qayğısına da qalar, uşaqlarını - xüsusən, 8 yaşında “Tutdum orucu irəmazanda” yazası Sabiri bu ruhda tərbiyə etməyə çalışarmışlar...

Sən demə, həmin o “irəmazanda oruc tutan, gözləri iki qazanda qalan, yazı yazanda mollası döyən” o oğlan - bu dünyanın ən azyaşlı şairi Ələkbər də, o mollaxanada namaz qılıb, oruc tutsa da, zəmanəsinin böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvaninin məşhur “Üsuli-cədid” məktəbinə, 12 yaşında ikən təhsilini davam etdirməkçün Şamaxı Ruhani Məclisi nəzdindəki məktəbə qəbul ediləcək, öncə özünün, ömrü uzunuyca isə bütün millətinin dünyabaxışını dəyişməyə nail olacaqmış...

Amma hələlik baqqal ata belə hesab edirmiş ki, dükanda ona köməkdarlıq, haqq-hesab dəftər-kitabını sahmanlıq üçün Ələkbərin bildikləri kifayətdir. Lakin zəmanənin saysız-hesabsız “qayda güdüb, nizam sevən” valideynlərindən biri olan o atayeni dövr və təbiətin nadir poetik istedadlısı olan Ələkbəri dədə-baba yoluna biət etdirməyi bacarmır. Fikir ayrılığı dərinləşir, höcətindən dönməyən ata “sözə baxmayan” övladına əl qaldırır, onun şeir dəftərini cırıb atır, illərdi səbr kasası dolub-daşan Sabir isə, heç kəsə heç nə demədən Xorasana gedən bir karvana qoşulub Şamaxıdan çıxır. Bundan dərhal xəbər tutan ata onu geri qaytartdıra bilirbu çox ciddi hadisədən nəticə çıxararaq, oğlu ilə münasibətlərinə yeni düzən verməli olur. Beləliklə də Sabir öz sevimli yaradıcılıq qayğıları ilə məşğul olmağa başlayır. Amma həm də bir vaxt yarımçıq qaytarılıb tamarzı qaldığı səfərlər arzusuna da düşür. Bu dəfə atasının razılığı və xeyir-duası və bu dünyanı gəzib-görmək arzu-marağı ilə 22 yaşında Xorasana - İmam Rza ziyarətinə gedir. Və hələ də müəmmalıdır ki, Şamaxıdan Məşhədə ziyarətə gedən və qayıtmayan Sabir, müəyyən fasilələrlə Səbzəvar, Nişabur, Buxara, Səmərqənd, digər Yaxın Şərq, Orta Asiya şəhər və vilayətlərində olur, bir qədər fasilə ilə İraqa gedib Kərbəlanı da ziyarət edirdoğma yurda yalnız atasının vəfatı xəbərini eşitdikdən sonra qayıdır. 1886-cı ildə Billurnisə xanımla evlənir, səkkiz qızı, bir oğlu olur. Maddi ehtiyactibbi müalicə yoxluğu üzündən altı övladı ölür. Kiçik bir dükan açıb, sabun bişirib satan, 1902-ci il zəlzələsində xarabaya çevrilən mənzilindən sonra təkbaşına düzəltdiyi bir daxmada Şamaxı ömrünün sonlarını öz vəfalı Büllurnisəsi, qızları Səkinə, Səltənət və sonbeşikləri Məmmədsəlimlə yaşamaq zorunda qalan şair bütün bunlara rəğmən doğma xalqına böyük milli fəxarət ünvanına çevrildi...

 

Yazdı ki:

Mən belə əsrarı qana bilmirəm,

Qanmaz olub da dayana bilmirəm.

Neyləməli, göz görür, ağlım kəsir,

Mən günəşi göydə dana bilmirəm.

Derlər usan, hərzəvü hədyan demə,

Güc gətirir dərd, usana bilmirəm!..

Dedi ki:

Kim ki insanı sevər, aşiqi-hüriyyət olur,

Bəli, hürriyyət olan yerdə insanlıq olur...

Buyurdu ki; “Ay bərəkallah, gözəl canlarıq!”, “Ax, necə kef çəkməli əyyam idi, Onda ki övladi-vətən xam idi!”, “Ah, bu sarı başdılar, Hər yana dırmaşdılar!”, “Tacirlərimiz sonyalara bənd olacaqmış, Biçarə Tükəzbanları neylərdin, ilahi?!”...

Bunlardan sonra yazasan?..

Uzaq başı, bir neçə kəlmə neçə illərdi ölkəmizdə keçirilən, binası böyük Rəsul Rza tərəfindən qoyulub ənənəyə çevrilmişSabir poeziya günləribarədə. Öncə qeyd edək ki, elə Sabir isminin özü büsbütün poeziya deməkdir. Yüz əlli ilə yaxındır xatırlanan, yüz ildən çoxdur gah ayrıca-alayı, gah dolayı rabitədə olduğumuz, bəzi dövrlərdə hör-hökumətdən, hərdənlərdə zəmanədən, hər dəmlərdə mənfurlardan, bəzi məmurlardan maddi-psixoloji məlamət rəzalətlər yaşanan məqamlarda mənəvi məlhəm kəlamlarını dilə gətirib səhhəti-səlamətlik tapdığımız bir ədəbi-əbədi Pir deməkdir...

 

Tahir Abbaslı

Mədəniyyət.- 2016.- 27 may.- S. 11.