Alovların zərif şəhəri
Türkiyə mətbuatında Bakının turizm imkanları ilə bağlı geniş məqalələr dərc olunub
Xəbər
verildiyi kimi, 13-15 may tarixində Azərbaycanın Türkiyədəki
turizm nümayəndəliyi olan “Gateway” şirkəti
tərəfindən ölkəmizin turizm
potensialının işıqlandırılması məqsədilə
qardaş ölkənin aparıcı
kütləvi informasiya vasitələri
nümayəndələri üçün
respublikamıza press-tur təşkil olunub.
Səfər çərçivəsində türkiyəli media mənsubları Bakı ilə yaxından tanış olub, Dağüstü park, Xalça Muzeyi, Bayraq meydanı, İçərişəhər Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Heydər Əliyev Mərkəzi, “Atəşgah məbədi”, “Yanardağ” qoruqları, şəhərin bir sıra muzey və incəsənət obyektlərini ziyarət ediblər.
Səfərin nəticəsi olaraq Türkiyə mətbuatında Bakının tarixi, mədəniyyəti, əhalisi və görməli yerləri haqqında müxtəlif məqalələr dərc olunub.
“Sabah” qəzetinin bazar əlavəsi (22 may) “Sabah-Tətil” Bakıya həsr olunub.
Geniş məqalədə öncə Bakı haqqında ilk təəssürat yaradan Heydər Əliyev Hava Limanının digər Avropa ölkələrinin hava limanlarından heç də geri qalmadığını, təmizliyi və gözəlliyi ilə isə bir çoxlarından öndə olduğu qeyd edilir. İçərişəhərin qədimliyi ilə turistləri özünə cəlb etdiyi vurğulanır. Burada əsas tarixi abidələr sırasında Şirvanşahlar sarayı və Qız qalasının adı xüsusilə qeyd olunur. "Görmədən qayıtmayın" başlıqlı bölmədə Bayraq meydanından da bəhs edilir və məlumat verilir ki, meydandakı bayraq dirəyi hündürlüyünə görə “Ginnesin rekordlar kitabı”na düşüb. Bununla yanaşı, Heydər Əliyev Mərkəzi və “Alov qüllələri”ndən söz açılır.
Məqalələrdə Azərbaycanın mətbəxi, əhalisi, mədəniyyəti, təhsili, iqtisadiyyatı və s. haqqında məlumatlar da əksini tapıb.
Qeyd edək ki,
Azərbaycanın Türkiyədə turizm
nümayəndəliyi 29 fevral 2016-cı il tarixində açılıb. Nümayəndəliyin
əsas fəaliyyəti Azərbaycana turist
axını baxımından prioritet
ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsidir.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 9.