Bədii qiraət müsabiqəsi
Səməd Vurğun adına Qax rayon Mədəniyyət mərkəzində "Azərbaycan - dünyam mənim" devizi altında bədii qiraət müsabiqəsi təşkil olunub. Mədəniyyət mərkəzi və filiallarının bədii qiraət dərnəyi üzvlərindən ibarət 35 nəfərin qatıldığı müsabiqədə iştirakçılar vətənpərvərlik mövzusunda səhnəciklər, ədəbi-bədii kompozisiya təqdim ediblər.
Güllük filialından Çiçək Muradova
M.Gülgünün "Azərbaycan"
şeirinin qiraətinə görə I, 2
saylı şəhər filialından Aysel
Məmmədova (O.Rza - "Qarabağdan əlini çək") II,
Tasmalı filialından Zalxa Cumayeva (X.R.Ulutürk -
"Silahdaş") III yeri
tutublar. Qaliblər Mədəniyyət
və Turizm Şöbəsinin diplom və xatirə hədiyyələri ilə
təltif olunublar. Digər
iştirakçılara diplomlar verilib.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 7.