Respublika Gününə həsr olunmuş tədbir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsi Respublika Gününə həsr olunmuş “Tarixin dərinliklərindən süzülüb gələn Azərbaycan” mövzusunda tədbir keçirib. Tədbiri fakültənin dekanı, dosent Vasif Adilov açıb.
Universitetin professoru Aqşin Babayev “Heydər Əliyev və müstəqilliyimiz”, professor Nizaməddin Şəmsizadə “Azərbaycançılıq -müstəqillik fəlsəfəsi”, dosent Xaləddin Sofiyev “İstiqlal milli taleyimizdir”, professor Əlikram Tağıyev “Azərbaycan Xalq Cümhuriyyəti - Azərbaycan milli dövlətçiliyinin inkişafında xüsusi mərhələdir” mövzusunda məruzələrlə çıxış ediblər.
Dram rejissoru
kafedrasının işçisi Şəhla
Heydərli, tələbələrdən Xatirə Gülməmmədli,
Aysel Səlimli, Azər Bəhlulzadə, Cahandar Xanlarov və Rəvan
Qocayevin ifasında şeir
və musiqilər səslənib.
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.4.