“Nağıl bilicisi”
müsabiqəsi başa çatıb
Mayın 24-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Nağıl bilicisi” adlı əyləncəli müsabiqəyə yekun vurulub.
7-10 yaşlı uşaqlar arasında keçirilən müsabiqənin yekun tədbirində valideynlər, müəllimlər, kitabxana əməkdaşları iştirak ediblər. Kitabxananın direktoru Şəhla Qəmbərova bildirib ki, “Nağıl” otağında həftənin müəyyən günlərində “Nağıl saatları”nın keçirilməsi artıq ənənəyə çevrilib.
Əyləncəli müsabiqə
“Axırıncı nağılın adını kim söyləsə...”, “Müəllif
nağılları”, “Teleqram”, “Sehrli zənbil” adlı dörd
mərhələdə aparılıb. Sonda
isə “Tap görüm”
müsabiqəsi keçirilib. Suallara düzgün cavab verənlərə jeton
verilib. Ən çox
mükafat jetonu qazanan qalib hesab
edilib. Müsabiqədə Azərbaycan
nağılları ilə yanaşı, dünya
xalq nağıllarına da
müraciət olunub. Qalib
adını Yasamal rayonu
53 nömrəli tam orta
məktəbin IV sinif şagirdi
Nəzrin İsmayılova qazanıb. Ona kitabxana rəhbərliyi tərəfindən
“Nağıl bilicisi” medalı təqdim edilib. Bütün
iştirakçılara “Göy
qurşağı” jurnalı hədiyyə olunub.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 5.