Bratislavada Respublika
Gününə həsr
olunmuş tədbir
Slovakiyada
səfərdə olan
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev bir sıra görüşlər
keçirib
Azərbaycanın Slovakiyadakı fəxri
konsulluğunun təşəbbüsü
və təşkilatçılığı
ilə Bratislava şəhərində
28 May - Respublika Gününə
həsr olunmuş tədbirlərdə və
rəsmi görüşlərdə
iştirak etmək üçün mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev və Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Slovakiyada
səfərdədir.
Səfər çərçivəsində Slovakiyanın Mədəniyyət
Nazirliyində dövlət
katibi İvan Seçik ilə görüş keçirilib. Görüşdə
2017-2018-ci illərdə Azərbaycanda
və Slovakiyada təşkil ediləcək
mədəniyyət tədbirlərində
qarşılıqlı iştirak,
incəsənət ustalarının
və müxtəlif kollektivlərin ezamiyyələri
və digər məsələlər müzakirə
olunub. Söhbət zamanı ölkəmizdə
mədəniyyət sahəsində
görülən işlər,
həyata keçirilən
uğurlu islahatlar, beynəlxalq tədbirlər
barədə məlumat
verilib.
Azərbaycan nümayəndə heyəti
Bratislava şəhər filarmoniyasının
baş direktoru, professor Maryan Lapşanski ilə də görüş keçirib. Filarmoniya ilə ətraflı
tanışlıqdan sonra
fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar
Bratislava Simfonik Orkestrinin
ifasında dahi bəstəkarın əsərlərindən
ibarət konsertin təşkili və yubileyin qeyd olunması barədə razılıq əldə olunub.
Mayın
25-də Slovak Dövlət Filarmoniyasında 28 May - Respublika
Gününə həsr
olunmuş tədbir keçirilib. Tədbirdə
Slovakiyanın təhsil
naziri Peter Plavçan,
Mədəniyyət Nazirliyində
dövlət katibi İvan Seçik, parlamentin deputatları, Bratislavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri
və burada yaşayan həmyerlilərimiz
iştirak ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib. Qeyd edib ki, ötən əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra ölkədə ağır
vəziyyət hökm
sürürdü, müstəqilliyin
müqəddəratı təhlükə
altına düşmüşdü.
Ümummilli lider Heydər
Əliyevin sayəsində
Azərbaycan çətin
inkişaf yolu keçərək, bu ağır dövrü arxada qoydu. Bu gün Azərbaycan
güclü iqtisadiyyata
malik dövlətdir, qarşılıqlı maraqlar,
dostluq və qonşuluğa söykənərək
həm regiondakı, həm də digər ölkələrlə
münasibətlərini inkişaf
etdirir. Sevindirici haldır ki,
Azərbaycan və Slovakiya arasında dostluq münasibətləri
yüksək səviyyədədir.
Azərbaycanın Avstriya, Sloveniya
və Slovakiyadakı səfiri Qalib İsrafilov ölkəmizin
Şərqdə ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından
günümüzədək keçdiyi tarixi-siyasi inkişaf yoluna nəzər salıb. Səfir Azərbaycan və Slovakiya arasında ikitərəfli münasibətlərin
bütün sahələr
üzrə uğurlu inkişafından məmnunluq
ifadə edib.
Sonra Respublika
Gününə həsr
olunmuş konsert proqramı nümayiş etdirilib. Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə Xalq artisti,
tarzən Ramiz Quliyev, Əməkdar
artist, vokalçı Afaq
Abbasova-Budaqovanın ifaları
alqışlarla qarşılanıb.
Filarmoniyanın foyesində Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilib.
Azərbaycan nümayəndə heyətinin
Slovakiyaya səfəri
zaman parlamentlərarası
dostluq qrupunda və bir sıra
nazirliklərdə görüşlərinin
keçirilməsi nəzərdə
tutulur.
Tədbirlərdə Azərbaycanın Slovakiyadakı
fəxri konsulu Cəlal Qasımov iştirak edib.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 4.