AZTA nümayəndələri
Mingəçevirin turizm imkanları ilə
tanış olublar
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) Gəlmə turizm komitəsinin nümayəndələri Nahid Bağırov, Vüqar Hacıyev və Nəsimi Kərəmov turizm potensialının araşdırılması və turizm obyektlərinin vəziyyətinin təhlili məqsədilə Mingəçevir şəhərinə səfər ediblər.
Şəhər İcra
Hakimiyyəti başçısının birinci
müavini İlham
İsmayılovla görüşən heyət daha sonra avarçəkmə
bazası, Kür çayı sahili və Mingəçevir su
anbarı sahilində yaradılmış çimərlik məkanları
ilə tanış olublar. Yaxın gələcəkdə
Mingəçevirin turizm imkanlarından ciddi yararlanmaq üçün birgə tədbirlərin həyata
keçirilməsi qərara alınıb.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 2.