Dünya Turizm Təşkilatı Avropa üzrə Regional
Komissiyasının iclası
25-26 may tarixlərində Litvanın paytaxtı Vilnüsdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) Avropa üzrə Regional Komissiyasının iclası keçirilib.
Tədbirdə Avropa ölkələrinin
turizm nazirliklərinin və
administrasiyalarının nümayəndələri, habelə
“Aviareps”, “Amadeus” və
“Airbnb” şirkətlərinin təmsilçiləri
iştirak ediblər. Mədəniyyət
və Turizm Nazirliyini bu tədbirdə Turizm
şöbəsinin müdir müavini Rauf Paşayev təmsil edib. İclas zamanı təşkilatın Fəaliyyət
Proqramının icrası və müxtəlif komitələri
tərəfindən görülmüş
işlərlə bağlı hesabatlar, təşkilatın
baş katibi Taleb Rifainin məruzəsi
dinlənilib. “2017-ci il - Beynəlxalq
davamlı turizm ili”nin qeyd olunması və
turizmdə təhlükəsizlik aspektləri ilə əlaqədar
geniş müzakirələr
aparılıb.
Mədəniyyət.- 2016.- 27 may.-
S. 2.