Avropanın Milli Kitabxana rəhbərlərinin illik görüşü

 

 

May ayının 30-31-də Avstriyanın paytaxtı Vyanada Avropa Milli Kitabxanalarının Konfransının (CENL) 30-cu illik görüşü keçirilib.

Avstriya Milli Kitabxanasında keçirilən tədbirdə 40-dək Avropa ölkəsinin Milli Kitabxana direktorları iştirak edib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru Kərim TahirovXarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin işçisi Xanpəri Cəfərova təmsil edib.

Milli Kitabxanadan verilən məlumata görə, toplantını Avstriya Milli Kitabxanasının direktoru xanım Johanna Rachinger açaraq tədbirin əhəmiyyətindən danışıb. Sonra CENL-in prezidenti Roly Keating çıxış edib.

Görüşün ilk günü Berndə keçirilən 29-cu illik görüşün əsas məsələləri müzakirə olunub, CENL-in 2015-ci ilin iyun ayından 2016-cı ilin mayınadək olan dövr üçün illik hesabatı dinlənilib. CENL katibliyinin Fransa Milli Kitabxanasından Britaniya Kitabxanasına köçürüldüyü bir daha diqqətə çatdırılıb.

Tədbirdə bir sıra hesabatlar dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, CENL-in 2013-cü ildə Bakıda keçirilən görüşündə 41, 2014-cü ildə Moskva görüşündə 22, ötən il Berndəki görüşündə isə 36 ölkənin nümayəndəsi iştirak edib.

 

Mədəniyyət .- 2016.- 1 iyun.- S.3