Zaqatala Xalq
teatrında “Vicdanın hökmü”
Zaqatala rayon Mədəniyyət Mərkəzinin Xalq teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Vicdanın hökmü” dramının tamaşasına daxili baxış olub. Vətənpərvərlik mövzusunda olan bu əsərə Əməkdar mədəniyyət işçisi, Xalq teatrının rejissoru Bayram Qurbanov quruluş verib.
Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və döyüşdə qəhrəmancasına həlak olmasından bəhs edir.
Baş qəhrəman Rəhim rolunda rayon Mədəniyyət və Turizm
şöbəsinin əməkdaşı Müqəddəs Yekayev, digər rollarda Fəridə
Aslanova, Kənan Şəkərov, Fərid
Əzimov, Günel Mehdiyeva,
Şahin İsayev, Sərxan
Boranlı, Qaragöz Məmmədova, Hicran Hüseynzadə və başqaları
çıxış edirlər. Tamaşa
iyun ayında ictimaiyyətə təqdim
ediləcək.
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.5