Respublika Günü münasibətilə konsert
proqramları
Mayın
25-də Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Georgi Şaroyev adına 35 nömrəli
onbirillik musiqi məktəbi şagirdlərinin
28 May - Respublika Gününə
həsr edilmiş konserti keçirilib.
Əvvəlcə məktəbin musiqişünas
müəllimi Həqiqət
Hüseynova Respublika Günü barədə məruzə ilə çıxış edib. Sonra konsert
proqramı təqdim olunub.
Proqramda
respublika müsabiqələri
laureatları İsgəndər
Həsənzadə, İslamə
Abdullayeva (vokal), beynəlxalq müsabiqələr
laureatları Xədicə
Mirqulamlı (skripka), Həşim Həşimov
(fortepiano), Səbinə və
Gülnaz Eldarlı
(fortepiano), beynəlxalq müsabiqələr
laureatı, Prezident təqaüdçüsü Nəriman
Əmiraslanov (fortepiano), Habil
Əliyev adına Respublika müsabiqəsinin
laureatı Fərhad İbadov (kamança), respublika müsabiqələri
laureatları Fərid
Məmmədov (tar), Ramin
Pələngov (balaban),
Kamal Şükürov
(tar), respublika və beynəlxalq müsabiqələr
laureatı Zəhra Qəhrəmanova (qanun), məktəbin xor kollektivi Azərbaycan və xarici ölkə bəstəkarlarının
əsərlərini ifa
ediblər.
Bəstəkarlıq ixtisası üzrə XI sinif şagirdi Arzu Abbasovanın “Bayraq” əsəri səslənib. Respublika müsabiqəsi laureatı
Asunda Səlimli (xanəndə) “Qarabağ şikəstəsi”ni ifa edib.
Tədbirdə Mədəniyyət və
Turizm Nazirliyinin məsul işçiləri,
Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
rəisi Vüqar Zeynalov, Azərbaycan Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, konservatoriyanın
müəllimləri, uşaq
musiqi və incəsənət məktəblərinin
direktorları iştirak
edib. Konsert haqqında təəssüratını
bölüşən Milli
Konservatoriyanın prorektoru,
professor Lalə Hüseynova proqramda Azərbaycan bəstəkarlarının
əsərlərinə və
muğamlara üstünlük
verilməsini xüsusi
qeyd edib.
Sonda məktəbin
direktoru, Əməkdar
müəllim Yusif Vəliyev çıxış
edərək Azərbaycan
Milli Konservatoriyasının
rəhbərliyinə və
bütün qonaqlara təşəkkürünü bildirib.
* * *
Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbinin Respublika Gününə həsr olunmuş hesabat konserti isə Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşib.
Tədbirə Bakı
Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət
və Turizm Nazirliyi Təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova, paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin direktorları
qatılıblar.
Konsertdə istedadlı şagirdlərin
ifasında M.Mirzəyev,
H.Xanməmmədov, Niyazi,
H.Rzayev, A.Prior, A.Lara, E.Lalo, F.Doppler kimi Azərbaycan və dünya bəstəkarlarının
əsərləri səsləndirilib.
Respublika və beynəlxalq
müsabiqələr laureatları olan
şagirdlər öz bacarıqlarını
müxtəlif musiqi alətlərində uğurla nümayiş
etdiriblər.
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.7