Hotelçilik
ixtisası üzrə fənn proqramının müzakirəsi
keçirilib
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) mehmanxana və restoran biznesi kafedrasının əməkdaşları və müvafiq müəssisələrin rəhbərlərinin iştirakı ilə hotelçilik ixtisası üzrə sillabusların təhlili və müzakirəsi keçirilib.
ATMU-nun rektoru, professor Cəfər Cəfərov fənn proqramının təhlil və müzakirəsini faydalı təşəbbüs kimi qiymətləndirib.
Müzakirələrə “New Baku”, “Hyatt Regency Baku”, “Bosfor”, “Fairmont” hotellərinin,
“Buta Palace”, “Horeca
Consulting Group” və digər
qurumların nümayəndələri
qatılıb.
Tədbirin məqsədi müasir
tələblərə cavab verən yeni, o cümlədən daha mükəmməl sillabuslar
işləyib hazırlamaqdan ibarətdir. Alim və mütəxəssislər
qarşıya qoyulan tələbi yerinə
yetirməkdən ötrü müqayisəli
şəkildə həm xarici ölkələrin,
həm də Azərbaycanın müvafiq
universitetlərində həmin ixtisas
üzrə mövcud fənn
proqramının hərtərəfli təhlilini aparıblar.
Tədbirdə irəli sürülən fikir
və əlavələr nəzərə alınmaqla yeni sillabusların hazırlanması və
2016-2017-ci tədris ilindən tətbiq olunması qərara
alınıb.
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.9