ATMU-nun turizm nəşrləri

 

 

Azərbaycan TurizmMenecment Universitetinin elmi nəşri olanTurizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının növbəti sayı çapdan çıxıb. Jurnala ATMU-nun Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə keçirdiyiRegional turizmin davamlı inkişaf prioritetləri” beynəlxalq elmi-praktik konfransının materialları daxil edilib.

Məqalələrdə turizm potensialının yüksəldilməsinə təsir edən faktorlar analiz olunub, gəlmə turizmin ölkə iqtisadiyyatına təsirinin iqtisadi təhlili aparılıb, turizmin inkişafında QHT-lərin rolu, bələdiyyələrin turizmin davamlı inkişafına təsiri və regionlarda turizmin inkişaf perspektivləri tədqiq edilib. Jurnalda Qazaxıstan, Özbəkistan, Belarus, GürcüstanUkraynadan olan gənc tədqiqatçıların aqroturizm, şərabçılıq turizmis. mövzularda araşdırma məqalələri də yer alıb.

ATMU-nunTurizm və qonaqpərvərlik tədqiqatları” jurnalının əlavəsi - “Xüsusi buraxılış”ı da nəşr olunub. Hər il olduğu kimi, bu il də jurnalın əlavəsi magistr tədqiqatlarının nəticələrinin yayılması üçün nəzərdə tutulub. Topluda alternativ turizmonun inkişaf yolları, turizmin inkişafında reklamın rolu, turizmdə marketinq və tədqiqat metodlarının tətbiqi, Azərbaycanın tarixi-mədəni turizm ehtiyatları, tarixi-mədəni abidələrin turizmin inkişafına təsiri və digər mövzularda 30 məqalə verilib.

 

Mədəniyyət .- 2016.- 1 iyun.- S.9