Xan Şuşinski adına muğam
festivalının yekun
konserti
Mayın
27-də Beynəlxalq Muğam
Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik
Mərkəz və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Xan Şuşinskinin
115 illiyinə həsr
edilmiş elmi konfrans və bədii təhsil müəssisələrinin şagirdləri
arasında “Xan Şuşinski adına III
Respublika muğam festivalı”nın yekun konserti keçirildi.
Tədbirdə çıxış edən Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev bildirdi ki, müsabiqənin
məqsədi böyük
sənətkarın xatirəsinin
əbədiləşdirilməsi, onun muğam ifaçılığı üslubunun
təbliğ olunması,
eləcə də respublikada muğam təhsilinin inkişafı,
istedadlı uşaq və gənclərin aşkara çıxarılması
və dəstəklənməsidir.
Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım
Verdiyeva, Xalq artisti Canəli Əkbərov, Milli Konservatoriya nəzdində
Musiqi Kollecinin direktoru Nazim Kazımov, MEMM-in şöbə
müdiri Natiq Mustafayev və digər çıxış
edənlər ustad xanəndə Xan Şuşinski ilə bağlı xatirələrini
bölüşdülər, festivalın gənc nəslin inkişafında
töhfəsindən söz
açdılar.
Qeyd olundu ki, festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyasının dosenti,
Xalq artisti Aygün Bayramovanın sədrliyi ilə xalq artistləri Gülyaz Məmmədova, Zabit Nəbizadə, Əməkdar artist Firuz Səxavət və Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadan
ibarət münsiflər
heyəti qiymətləndirib.
Sonra mükafatlar
qaliblərə təqdim
edildi.
Festivalda
uğurlu çıxışlarına
görə Qran-pri mükafatına Abşeron
rayon Xırdalan şəhər
uşaq musiqi məktəbinin şagirdi
Kənan Bayramlı, I
dərəcəli diploma Şuşa
rayon Turşsu kənd
uşaq musiqi məktəbinin şagirdi
Elnur Musazadə, II dərəcəli diploma Şuşa
şəhər Bülbülcan
adına uşaq musiqi məktəbinin şagirdi Qələm Qocamanova, III dərəcəli
diploma Füzuli rayon Böyük
Bəhmənli kənd
uşaq musiqi məktəbinin şagirdi
Xəqani Şahbazov layiq görüldülər.
Digər
fərqlənən şagirdlərə
də diplomlar təqdim edildi.
Festivalın yekun konsertində şagirdləri müşayiət edən musiqiçilər də MEMM tərəfindən təltif edildilər. Tədbir şagirdlərin konsert proqramı ilə başa çatdı.
Lalə
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.10