Respublika Günü
bölgələrdə qeyd olunub
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 ili tamam oldu. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın müstəqillik əzminin nümayişi, tariximizin şanlı səhifəsidir. İstiqlalımızın bayramı - Respublika Günü yerlərdə müxtəlif tədbirlərlə qeyd olunub.
Belə tədbirlərdən biri Oğuz rayon Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə H.Babayev adına şəhər 1 saylı tam orta məktəbin XI a sinfində gerçəkləşib. Məktəbin tarix müəllimi H.Rəsulova şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında məlumat verib. Baş kitabxanaçı A.Fərzəliyevanın mövzu ilə bağlı məruzəsi dinlənilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
* * *
Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov, İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova, tarix müəllimi Rail Kazımov, uşaq incəsənət məktəbinin müəllimi Aytən Səlimova çıxış ediblər. Çıxışlarda Xalq Cümhuriyyətinin müasir Azərbaycanın bu dövlətin varisi olduğu vurğulanıb, Azərbaycanın müstəqilliyinin qorunmasında ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətindən söz açılıb.
* * *
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan dəyirmi masada Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Şərqdə ilk demokratik dövlətin qısa ömür yolundan bəhs edilib. Muzeyin “Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920” guşəsinə baxış keçirilib.
* * *
Zərdab rayon Mərkəzi kitabxanasında Respublika Günü ilə əlaqədar “Od ürəkli, od nəfəsli diyarımsan!” adlı ədəbi-bədii kompozisiya təşkil olunub. Tədbirdə MKS-nin direktoru Nailə Əliyeva, kitabxananın əməkdaşlarından Bahar Fətəliyeva, Samirə Yəhyayeva, Cəmalə Feyzullayeva, Elnarə Salikova çıxış ediblər.
* * *
Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin mədəniyyət müəssisələrində və kitabxanalarında Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə qeyd olunub ki, 1918-ci ilin 28 mayı tariximizə şanlı səhifə kimi həkk olunub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yaranmış ilk demokratik respublika idi. Tədbirlər bədii hissə ilə davam etdirilib.
* * *
Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Yazıçılar Birliyi rayon şöbəsi ilə birlikdə “Müstəqilliyimiz qürurumuzdur” adlı elmi-nəzəri konfrans keçirilib. Muzeyin direktoru M.İsgəndərova, rayon İcra Hakimiyyətinin məsul işçisi A.Hüseynov, muzeyin fond müdiri A.İsmayılova, elmi işçi N.İmanova, bərpaçı-rəssam Ə.Nəbiyeva və başqaları çıxış ediblər. “Gənc istedadlar” dərnəyi üzvlərinin ifasında mahnı və şeirlər səslənib.
* * *
Mədəniyyət və Turizm Nazirliyi, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində 28 May - Respublika Günü münasibətilə “açıq qapı” günü və ekskursiya təşkil edilib. Ekskursiyaya Əmirxan Hüseynov adına Ağstafa şəhər 1 saylı orta məktəbin müəllim və şagird kollektivi cəlb edilib.
* * *
Mingəçevir Turizm Kollecində “28 May istiqlal tariximizin parlaq səhifəsidir” adlı elmi-nəzəri konfrans keçirilib. Kollecin direktoru, professor Əyyub Əyyubov çıxış edərək cəmi 23 ay yaşamış milli dövlətimizin qısa zaman ərzində çox böyük uğurlar qazandığını bildirib. Konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və İstiqlal Bəyannaməsinin qəbulu”, ”Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” və s. mövzularda məruzələr dinlənilib. Sonda yaradıcı gənclər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.
* * *
Siyəzən rayon
Mədəniyyət Mərkəzində Respublika
Günü ilə əlaqədar dəyirmi
masa təşkil olunub.
İcra Hakimiyyəti
başçısının müavini Təhminə
Eyvazova, şəhər 2 və 6 saylı
məktəblərin tarix müəllimləri
Səadət Əsədullayeva, Pərvin Ağasıyev, Mədəniyyət
mərkəzinin direktoru Ziyadə Dadaşova və başqaları
çıxış ediblər.
Mədəniyyət.- 2016.- 1 iyun.-
S.11