Müstəqilliyimizin 25 illiyinə töhfə
Təsviri və tətbiqi sənət sərgiləri
haqqında kitab işıq üzü görüb
“Azərbaycan!” deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə
toxuna bilər.
Vətənin müqəddəsliyini tərənnüm
edən bu misralar ölməz şairimiz Məmməd Araza məxsusdur. Amma, etiraf
etməliyik ki, varlığında yaradıcılıq
eşqi, mənəvi
dünyasında xüsusi
istedadı olan insanların hər biri ilk növbədə öz təxəyyülündən
süzülüb gələn
ən gözəl düşüncələrini vətənə,
doğma torpağa ünvanlayıb. İncəsənətin hansı sahəsinə nəzər salsaq, görərik ki, bu mövzuda nə qədər gözəl əsərlər
var. Şairlər, bəstəkarlar,
yazıçılar, dramaturqlar,
rəssamlar, heykəltəraşlar
üçün doğma
vətənimiz ilham mənbəyidir. Dünya
şöhrətli siyasi
xadim, ulu öndər Heydər Əliyevin ölməz Səməd Vurğunun «Azərbaycan» şeirinin
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan! -
misralarını kövrələrək
məğrurcasına deməsi
böyük dövlət
xadiminin vətən sevgisinin ifadəsidir. Azərbaycanımızı müstəqil görmək
arzusunu həyata keçirən dahi şəxsiyyət elm və
incəsənətin bir
çox sahələrinə
dərindən bələd
idi. Öz çıxışlarında incəsənət növlərinin
tarixini dərindən
öyrənməyin, bu
istiqamətdə aparılan
tədqiqatların vacibliyini
vurğulayırdı. Elm və incəsənət
xadimləri də onun müdrik tövsiyələrindən bəhrələnərək
bir daha mədəniyyət tariximizin
dünənini vərəqləyir,
onları bu günün nailiyyətləri
ilə əlaqələndirərək
tarixi şəraitin incəsənətə təsirlərini
üzə çıxarmağa
çalışırlar. Müstəqillik dövründə təsviri və tətbiqi sənət sərgilərinin elmi araşdırılması da
bu istiqamətdə görülən mühüm
işlərdəndir.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik
Mərkəzin Elmi araşdırmalar şöbəsində
hazırlanan kitab təsviri və tətbiqi sənətimizin
erkən dövrlərindən
bu günədək tarixinin ən maraqlı səhifələrini
özündə ehtiva
edir.
Kitab Azərbaycan
Rəssamlar İttifaqının
üzvü, müxtəlif
beynəlxalq rəsm sərgilərinin təşkilatçısı
və laureatı, mərkəzin Elmi araşdırmalar şöbəsinin
müdiri Rafiq Quliyev tərəfindən
tərtib olunub. Kitabda
2015-ci il dekabrın 22-də Muzey Mərkəzində keçirilən
təsviri və tətbiqi sənət nümunələrinin sərgisi
işıqlandırılıb. Amma, bununla yanaşı, nəşrin əsas istiqamətlərindən biri
bu sənət nümunələrinin tarixinin
araşdırılmasıdır. Bu barədə sənətşünaslıq
elmləri doktoru,
professor, Əməkdar incəsənət
xadimi Kübra Əliyevanın tədqiqatları
əsasında kitabda zəngin bir tarix təqdim olunur.
«Azərbaycan sənətkarlığı
dünən» adlı bölmədə e.ə.
III minillikdən başlayaraq
yaranan və zaman-zaman inkişaf edərək çağımızadək
gəlib çatan təsviri və tətbiqi sənətkarlığın
müxtəlif məqamlarından
və bu günümüzlə bağlılığından
bəhs olunur. Kitabdan sitat: «Əcdadlarımızın
dünyagörüşünü özündə əks etdirən göy cisimlərinin təsviri bu günə qədər dövlətimizin
milli atributu olan bayrağımız üzərində səkkizguşəli
ulduz və aypara təsviri kimi əks olunmaqdadır.
Ulduz və ayın təsvirinə əsrlər boyu qadınlarımızın taxdığı
«Ay-ulduz» adlanan sinəbəndlərdə, aypara
formalı sırğalarda,
xovlu xalçaların
üzərindəki səkkizguşəli
ulduz şəklində
və Gəncə, Qazax, Naxçıvan, Qarabağ və Quba xalçalarında rast gəlmək olar».
Bu nümunəni misal
gətirərək təsviri
və tətbiqi sənətin bu günlə bağlılığına
keçid almaq istəyirik. Kitabın müvafiq bölməsində
Elmi-Metodik Mərkəzin
Elmi araşdırmalar
şöbəsi tərəfindən
hazırlanaraq sözügedən
sərgidə təqdim
olunan sənət nümunələri təhlil
olunur, xırda başlıqlarla verilən
sənətkarlıq nümunələrinin
dünəni və bu günü qarşılaşdırılır. Dekorativ-tətbiqi sənət, bədii
keramika, bədii tikmə, batika, vitraj, xalçaçılıq,
həsir, qobelen və digər sənət növlərindən
bəhs olunaraq bu istiqamətdə çalışan sənətkarların
əl işlərinin
sərgidən fotoları
təqdim olunur.
Nəşr Azərbaycanda təsviri və tətbiqi sənətin dünəni
və bu günü haqqında, habelə Azərbaycan incəsənətinin gələcək
perspektivlərinin təzahürü
baxımından qiymətli
vəsaitdir.
Nəşr Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının
25 illiyinə həsr olunub. Kitabın buraxılışına
məsul şəxslər
- Mədəniyyət və
Turizm Nazirliyi Aparatının rəhbəri
Rafiq Bayramov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun direktoru,
akademiyanın müxbir
üzvü Ərtegin
Salamzadə, tərtibçi
- mərkəzin Elmi araşdırmalar şöbəsinin
müdiri Rafiq Quliyev, sənətşünaslıq
elmləri doktoru Kübra Əliyeva, eləcə də kitabın çapa hazırlanmasında iştirak
etmiş mərkəzin
əməkdaşlarının ümumi zəhməti ilə ərsəyə gələn nəşr müstəqilliyimizin yubileyinə
layiqli töhfədir.
Oktyabrın 19-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə kitabın
təqdimatı keçirildi. Mərkəzin əməkdaşları kitabın
ərsəyə gəlməsində
əməyi olmuş həmkarlarını təbrik
edərək onlara gələcək işlərində
uğurlar dilədilər.
Müstəqillik yolu ilə irəliləyən Azərbaycanımızın
da yolu uğurlu
olsun.
Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.15.