Milli papaqdan özgə papağa

 

 

 Geyim tariximizdən

 

Azərbaycan türklərinin kişi milli baş geyimi olan papağın tarixən həm mənəvi, həm maddi önəmi olub. Ölkəmizdə papaq əsasən qoyun xəzi ya qaragüldən hazırlanırdı. Onların müxtəlif biçimləri yerli adları var idi. Papağı hər kişi özü almalıydı. Birinin başqasına papaq hədiyyə etməsi düzgün sayılmırdı.

Pər papaq Azərbaycanda baş geyimi olmaqla yanaşı, həm cəsarət, ləyaqət şərəf rəmzi sayılıb. Kişinin papağının oğurlanması onun sahibinin alçaldılması idi. Qabaqlar kişilər, demək olar, heç vaxt papağı başlarından çıxartmırdılar. Toplum içində papaqsız görünmək rüsvayçılıq sayılırdı.

XIX yüzildə kişi baş geyimləri içərisində aşılı qoyun dərisindən tikilmiş papaq ayrıca yer tuturdu. İmkanlı kişilər, əsasən, «qaragül» cinsi qoyun (quzu) dərisindən sür papaq tikdirərdilər. Milli papaqların biçiminə görə bir neçə növü vardı.

Konusvarı formada olan "Şiş papaq" el arasında həm «Zərnəva papağı», «Molla papağı», «Qəbələ papağı», «Züllə papaq» da adlanırdı. "Şələ papaq" azca domba olub gen sağanağa malik idi. Ona «Yastı papaq», «Çoban papağı», «Yapma papaq», «Motal papaq», «Kopan papaq» da deyirdilər.

"Çapma papaq" qiymətli, qıvrım tüklü dəridən tikilərdi. Bu papağın ortası uzunsov çökək hala salınırdı. Belə papaqlar «sür papaq» da adlanırdı.

"Daqqa papağ"ın sağanağı qaragül dərisindən, üst qapağı isə mahuddan tikilirdi. Bəzi bölgələrdə ona «üstlü», yaxud «qapaqlı» papaq da deyilirdi. Qaragül dərisindən tikilən sağanaqlı papaqların hamısı «börk» ya «sür papaq» adlanardı.

"Qalmığı papaqda qaragül dərisindən olub sağanağının yuxarısı gen, aşağısı dar tikilirdi. "Qələmi papaq" hündür olmaqla, qıvrım tüklü dəridən tikilirdi. Varlı kişilərə məxsus olan bu papağa «şikarı», «qacarı», «qoçu papağı» da deyilirdi.

Keçmişdə gümüşü buxara papağın materialını - qaragül qoyunu dərisini Orta Asiya (Buxaradan) İrandan gətirərdilər. Buna görə ona «Buxara», yaxud «Şirazi» papaq deyilirdi. Onları yalnız bəy zümrəsinin nümayəndələri zəngin adamlar taxırdılar. Buxara papağaBəy papağıda deyilirdi. Şabalıdı buxara papağın qiyməti o birilərinkindən bahalığına görə seçilirdi. Hər kişi buxara papaq qoya bilmirdi. Bəy papaqlarının hündürlüyü 11 santimetrdən çox olmurdu.

Xidmətçi nökərlər isə adətən başlarına motal papaq qoyurdular. Motal papağı əsasən yoxsul kəndlilər taxırdı. Uzuntüklü qoyun dərisindən düzəldilən bu papaq konusa bənzəyirdi.

Çoban papağını əsasən çobanlar başlarına qoyurdular. Konus formasında olub uzuntüklü qoyun dərisindən düzəldilirdi.

Hər bölgənin öz məşhur papaqçıları vardı. Bu sənət əsasən nəsildən-nəslə ötürülməklə qorunub saxlanılırdı. Qarabağ, Şirvan Gəncəbasardan sonra Bakıda da bu sənətin çox geniş yayıldığı dövrlər vardı.

Əhali arasında dəri papağa tələbat böyük olduğuna görə Azərbaycanda papaqçılıq sənəti geniş yayılmışdı. Keçən yüzilin 50-ci illərində Bakı, Gəncə, Lənkəran, Quba, Şəki, Şamaxı, Şuşa, Naxçıvan şəhərlərində 650 nəfərədək papaqçı vardı. Təkcə Şəkidə 230-dan çox papaqçı fəaliyyət göstərirdi.

Günümüzdə kişilərin başları papaqsız deyil. Ancaq bunlar əksər hallarda özgə xalqların papaqlarıdır.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.15.