Qədirbilən insan
İbrahim Məlikovu 30 ilə yaxındır tanıyıram. Tanışlığımız doğulduğu Quba rayon Qorxmazoba kəndində keçirilən toy şənliklərinin birində başlayıb. Özümü tanıyandan İbrahim müəllim haqqında geniş məlumatım var. Çünki anam və nənəm uzun illər rayon Mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışıblar. Kiçik yaşlarımdan B.Səfəroğlu adına Mədəniyyət evində (indiki Mədəniyyət mərkəzi) keçirilən müxtəlif tədbirlərdə iştirak etmişəm.
İ.Məlikov həmin tədbirlərdə rəngarəng və maraqlı ifaları ilə hamını heyran edirdi. Mən də bu sevilən musiqiçini həvəslə dinləyir, onun ifalarından sonra tamaşaçıların gurultulu alqışlarının şahidi olurdum. İndiyədək yadımdadır, mən konsert zalında təsadüfən ön cərgədə əyləşmişdim. O bir neçə solo ifasından sonra səhnədən enib mənim əlimdən tutaraq səhnəyə apardı, bağrına basıb əzizlədi. Bu mənim tanınmış ifaçıya məhəbbət və marağımı bir qədər də artırdı.
Orta məktəbi
bitirib, universitetə qəbul olundum. Bir müddət
İ.Məlikovla görüşmədik.
Ali məktəbi bitirdikdən sonra rayonda müxtəlif idarə və təşkilatlarda ayrı-ayrı
vəzifələrdə çalışdım.
Günlərin birində Qorxmazoba
kəndində toya dəvət aldım.
Ziyafətdə gözlərim İbrahim
müəllimi axtardı.
Lakin onu görmədim. Soruşdum, dedilər indi gələr. Nəhayət, el sənətkarı mağara
daxil oldu. Böyükdən-kiçiyə hamının ayağa qalxdığını gördüm
və anladım ki, həqiqətən də, bu qədirbilən
insanın xalq arasında böyük hörmət-izzəti var...
Tale elə gətirdi
ki, mən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsinə
təyin olundum. Bu gözəl insanla mədəniyyət sahəsində
birgə çalışmağa
başladım. İndi onunla,
demək olar ki, hər gün
görüşürük.
Bu yaxınlarda İbrahim
müəllimin 70 yaşı
tamam olub. Öz sənətinin
vurğunu olan peşəkar ifaçı
yeni kitabının işıq üzü görməsini səbirsizliklə
gözləyir. Respublika əhəmiyyətli
və ümumrayon tədbirlərinin iştirakçısı
olan musiqiçi dəfələrlə fəxri
fərman və diplomlarla təltif olunub.
İ.Məlikov həm də gözəl ailə başçısıdır. Övladları atalarının şan-şöhrətinə
layiq həyat sürürlər. Nəvələri də babalarının yolunu məharətlə davam etdirirlər. O,
professional musiqiçi olmaqla
yanaşı, sədaqətli
dost və mehriban insandır. Onun nəsihət və
tövsiyələri hamı
tərəfindən rəğbətlə
qarşılanır.
İbrahim müəllimin bəstəkarlıq
qabiliyyəti də
var. Bölgəmizi, doğma
Azərbaycanımızı tərənnüm edən
mahnılar bəstələyib. Şairlik qabiliyyəti
onda hələ gənc yaşlarından büruzə verib. Sözlərinə bəstələnmiş mahnılar dillər əzbəridir.
Mahir ifaçı, sədaqətli
dost və qədirbilən
insana möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları
arzulayıram.
Saməddin Nəsirov
Quba
rayon MKS-nin direktoru, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.11.