Ölkəmiz İtaliyada arxeoloji turizm yarmarkasında təmsil olunub

 

 

Oktyabrın 27-dən 30-dək İtaliyanın Paestum şəhərində 19-cu Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası (La Borsa Mediterranea del Turismo Archeologico - www.borsaturismoarcheologico.it) keçirilib.

 

Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgiyə Dünya Turizm Təşkilatı, eləcə də UNESCO, İCCROM, İCOMOS kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfdaşlıq edir.

Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi növbəti dəfə iştirak edib.

Sərginin rəsmi açılışında İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeskini, Kapaççio Peastum şəhərinin meri İtalo VozaSalerno vilayətinin rəhbəri Cuzeppe Canfaro iştirak ediblər.

Qeyd edək ki, açılış mərasimində İtaliya Respublikasının rəsmiləri tərəfindən Azərbaycanın sərgidə iştirakı xüsusi vurğulanıb.

Tədbirin ilk günü arxeologiya və turizmlə bağlı 20-dən çox konfransgörüş keçirilib.

Azərbaycan stendini ziyarət edən İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeskini Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.

Yarmarka günlərində ölkəmizin stendini ziyarət edən qonaqlara ingilisitalyan dillərində müxtəlif reklam-çap, ölkəmizin mədəni və təbii irsinə, arxeoloji turizmə həsr olunmuş təbliğat materialları təqdim olunub.

Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasını hər il 10 mindən çox adam ziyarət edir.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.8.