Qafqazın mirvarisi. Ərəb turistlərin turizm qibləsi

 

 

Əl-Fəcrqəzetində ölkəmizin turizm potensialı haqqında məqalə dərc olunub

 

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Əl-Fəcrqəzetinin baş redaktoru Şərif Əl-Bəsilin ölkəmizə səfəri ilə bağlı hazırladığı növbəti yazı oktyabrın 31-də “Azərbaycan Qafqazın mirvarisi. Ərəb turistlərin turizm qibləsibaşlığı altında qəzetin çap elektron variantlarında dərc olunub.

 

Qəzetin bir səhifəsini əhatə edən məqalədə müəllif Azərbaycanın dünyanın xüsusən yerləşdiyi regionun ən gözəl ölkələrindən biri olduğunu diqqətə çatdırır. Qədim tarixin nəhəng xəzinəsi təbii gözəllikləri ilə zəngin olan ölkəmizin turistləri cəlb etmək üçün hər cür imkanlara malik olduğu vurğulanır.

Yazıda ölkəmizə gələn qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportuna düşdükləri ilk andan gülərüzlülük, sərhəd-keçid məntəqələrində isə rahat prosedurla qarşılaşdıqları bildirilir.

Azərbaycanın Qafqaz regionunun ən əmin-aman ölkəsi olduğunu vurğulayan müəllif Körfəz ölkəsindən olan turistin 2 saat müddətində AZAL “Fly Dubai” aviaşirkətləri vasitəsilə Bakıya çata biləcəyini yazır. Məqalədə 2017-ci ilin martında Şarca Əmirliyinə məxsus “Air Arabia” şirkətinin Şarca-Bakı marşrutu üzrə ilk uçuşa başlayacağı, eləcə Qəbələ Naxçıvan ilə birbaşa hava əlaqələrinin yaradılması istiqamətində səylərin göstərildiyi bildirilir.

Baş redaktor yazıda paytaxt Bakının gözəlliklərindən, o cümlədənAlov qüllələrikompleksindəki “Fairmont Baku” hotelinin digər müasir mehmanxanaların, Heydər Əliyev Mərkəzinin möhtəşəmliyindən bəhs edir. Həmçinin İçərişəhər, Şəhidlər xiyabanı, “Atəşgah məbədi”, “Yanardağ digər tarix mədəniyyət məkanları, habelə 13 kilometrlik məsafəyə uzanan bulvar barədə ətraflı məlumat verilir.

Dövlətimizin bugünkü inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılır. Vurğulanır ki, bu siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məqalə müəllifi ziyarət etdiyi Quba Qəbələnin ecazkar təbiətindən turizm imkanlarından da ətraflı bəhs edib. O, Qəbələnin təkrarolunmaz təbiətini bu mənzərənin dağların, təpələrin, düzənliklərin, meşələrin yaşıl ərazilərin sintezindən ibarət olduğunu qeyd edir, burada Qafqazda ən böyük dağ xizəyi kurortlarından birinin fəaliyyət göstərdiyini, turistlərin kanat yolu ilə dağlara çıxmaq yüksəklikdən möhtəşəm mənzərəni seyr etmək imkanı əldə etdiyini bildirir. Qəbələndparkının Azərbaycanda ən böyük əyləncə mərkəzlərindən biri olduğu diqqətə çatdırılır.

Quba rayonunun təbii mənzərəsindən söhbət açan müəllif yüksəklikdən axan şəlalələrdən, eləcə çaylardan müalicəvi xüsusiyyətlərə malik bulaqlardan bəhs edir. Zəngin turistik infrastrukturuna görə Qubanın da ərəb turistləri özünə cəlb etdiyi vurğulanır.

Məqalədə Azərbaycan xalqının adət-ənənələrindən, musiqisindən, ölkəmizdə keçirilən festivallardan da söhbət açılır.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.8.