Beynəlxalq konfransda
qaçqın teatrlarımızın vəziyyətindən söz açılıb
İranın paytaxtı Tehranda keçirilən beynəlxalq teatr konfransında ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev təmsil edir. O, konfransda “Azərbaycan teatrı və onun inkişaf yolları” mövzusunda məruzə ilə çıxış edib.
Ə.Lalayev çıxışında cəmiyyətdə teatrların yeri və rolu barədə danışaraq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən sonra qaçqınlıq və köçkünlük şəraitində fəaliyyətini davam etdirən İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam və Füzuli dram teatrlarının hazırkı fəaliyyətindən, vəziyyətindən, onlara göstərilən dövlət qayğısından söz açıb. Müharibə zamanı bu sənət məbədlərinə ciddi ziyan dəydiyini, onların əmlaklarının, səhnə dekorasiyaları, rekvizit və səhnə geyimlərinin döyüş bölgələrində qalaraq talan edildiyi, binalarının dağıdıldığı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki,
iki gün sürən
konfransa İran,
Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan,
Tunis və başqa
ölkələrdən mədəniyyət xadimləri və
tanınmış teatr sənətçiləri
qatılıb.
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.7.