Sakit Məmmədov Roma
Müasir İncəsənət
Akademiyasının fəxri üzvüdür
Əməkdar rəssam, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru Sakit Məmmədov dünya mədəniyyətinə töhfəsinə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib.
Qeyd edək ki, tanınmış rəssam “Vətən övladı” qızıl ordeni, “Dədə Qorqud” mükafatı, Leonardo da Vinçi medalı, “Avropanın şərəfi” ordeni, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatına, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı tituluna layiq görülüb.
Avropa Təbiət Elmləri
Akademiyasının Rəyasət heyəti də Sakit Məmmədovun təsviri sənətin
inkişafına şəxsi töhfəsini nəzərə alaraq, onu K.Şpitsveq
medalı ilə mükafatlandırıb.
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.7.