Moskvada həmvətənimizin sərgisi
təşkil edilib
Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında “Fırça və söz ustası” adlı sərgi keçirilib. Sərgidə Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının, Rusiya Yazıçılar İttifaqının üzvü Maya Bədəlbəylinin yağlı pastellə çəkdiyi 30-a yaxın rəsmi nümayiş etdirilir.
Həmyerlimizin indiyədək çəkdiyi 250-dən çox rəsm dəfələrlə Bakıda və Moskvada sərgilənib.
Maya Bədəlbəyli həm də şair və yazıçıdır, “Söz”, “Dialoq”, “Kainatın səsi”, “Mən rezonansa düşən dalğayam” və digər kitabların müəllifidir. Sərgi çərçivəsində təqdim etdiyi “Dalğınlıq” (“Razdumye”) kitabında müəllifin şeirləri, esseləri, hekayələri, fəlsəfi-epik düşüncələri yer alıb.
Sərginin
açılışında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
humanitar proqramlar
şöbəsinin rəhbəri Tamilla
Əhmədova, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar
İmaməliyev, Azərbaycan və Rusiya
Yazıçılar birliklərinin üzvü,
şair Nəsib Nəbioğlu, Rusiya və Avrasiya
Yazıçılar birliklərinin üzvü
Afaq Şıxlı, Moskvadakı Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru
Nisə Mustafayeva və başqaları Maya Bədəlbəylinin
yaradıcılığından söhbət açıb, ona yeni uğurlar
arzulayıblar.
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.5.