Bəstəkarlar İttifaqında “Oazissimli kvartetinin konserti

 

 

Oktyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqında “Oazissimli kvarteti konsert proqramı ilə çıxış edib.

Multikulturalizm ili” çərçivəsində təşkil olunan tədbirdə ittifaqın katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov kollektivin fəaliyyətindən danışıb. Vurğulanıb ki, kvartet Bəstəkarlar İttifaqının təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. Cavad Tağızadənin rəhbərliyi ilə yaradılmış kvartet müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edərək dünyanın tanınmış mütəxəssislərindən ustad dərsləri alıb. Musiqiçilər Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərlərini ustalıqla ifa edirlər.

Konsertdə Cavad Tağızadə (I violin), Samir Əsədov (II violin), Anar Əliyev (viola) və Əyyub Əliyevin (violonçel) ifasında Q.QarayevinSimli kvarteti, B.Bartokun 2 violin üçün “Miniatürlər” və A.RzayevinSimli kvartetmusiqi əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.5.