Könlüm quşu qanad çalmaz sənsiz bir an...

 

 

Bakıda Şəhriyarın 110 illik yubileyi qeyd edildi

 

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində o taylı - bu taylı Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi. Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkil etdiyi tədbirdə ədəbiyyat, elm, mədəniyyət incəsənət xadimləri iştirak edirdi.

 

Yubiley gecəsində əvvəlcə şairin həyat yaradıcılıq yolundan bəhs edən videoçarx nümayiş olundu.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığından söz açdı. Bildirdi ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün formalarına müraciət edərək, ölməz söz inciləri yaradıb.

AYB-nin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz çıxış edərək XX əsr ədəbiyyatımızda özünəməxsus yeri olan Şəhriyarın zəngin çoxcəhətli yaradıcılığından danışdı, onun Azərbaycan ədəbiyyatına şöhrət gətirən, poeziyada müstəsna mövqeyi olan qüdrətli sənətkar olduğunu bildirdi.

Milli Məclisin deputatı Qənirə Paşayeva Şəhriyarın bütün türk dünyasının şairi olduğunu dedi. Qeyd etdi ki, ümumxalq məhəbbəti qazanmış şairin qələmindən çıxan şeirlər, poemalar dillərdə əzbərdir, oxucunun hər zaman qəlbini həyəcana gətirir.

Şəhriyarşünas alim Esmira Fuad, iranlı qonaq Məhəmməd Rza Rəhmani digər çıxış edənlər şairin xalq yaradıcılığından bəhrələnərək ümumbəşəri milli dəyərləri, tariximizin taleyüklü anlarını əks etdirən əsərlər yaratdığını vurğuladılar. XX əsrin sonlarında Azərbaycan ədəbiyyatında Şəhriyar qədər ümumxalq məhəbbəti qazanmış ikinci şairin olmadığı vurğulandı.

Qeyd edildi ki, Şəhriyarın dərin məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub, bir çox dünya xalqlarının dillərinə tərcümə edilərək yayılıb. Azərbaycanın milli-mənəvi varlığını, yaşam tərzini, tarixi keçmişini özündə əks etdirənHeydərbabaya salampoeması 80 dilə tərcümə olunub. Vurğulandı ki, Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, İmadəddin Nəsimidən gələn böyük poeziya örnəkləri Məhəmmədhüseyn Şəhriyar yaradıcılığında özünə yeni nəfəs qazanıb.

Tədbirdə şairin şeirləri oxundu, incəsənət ustalarının ifasında onun sözlərinə bəstələnmiş mahnılar səsləndirildi.

Şairin oğlu Hadi Behcət Təbrizi çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirdi.

Sonda ədəbiyyat, mədəniyyət incəsənət xadimlərinə Mədəniyyət Turizm Nazirliyinin AYB-nin təsis etdiyiŞəhriyarədəbi diplomu təqdim olundu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.5.