Bakıda ənənəvi caz festivalı sona çatıb

 

 

Oktyabrın 22-dən 30-dək davam edən ənənəvi Bakı Beynəlxalq Caz Festivalı “Landmark Rotunda”da braziliyalı cazmen Denis Fontura dicey Tomasın konsert proqramı ilə yekunlaşıb.

Festivalın son günü Beynəlxalq Muğam Mərkəzində Kolumbiyanın məşhurMusica Fictamusiqi qrupu konsert proqramı ilə çıxış edib. Musica Fictaqrupu Latın Amerikasının müstəmləkə dövrünə aid olan bir sıra unudulmuş musiqi kompozisiyalarını yenidən gündəmə gətirir. Dünyanın 20-dən çox ölkəsində müxtəlif konsert proqramı ilə çıxış edən qrupun repertuarı həmişə maraq doğurub. Müxtəlif janrların sintezindən ibarət universal musiqi üslubunun nümayiş olunduğu bu konsert proqramı da maraqla qarşılanıb.

Oktyabrın 29-da isə festival çərçivəsində “Rotunda Jazz Club”da Litvanın Dainius Pulauskas musiqi qrupunun “Takumi`s Trick with Asian friends” yapon kvartetinin konsertləri olub.

Dainius Pulauskas musiqi qrupu 1996-cı ildə yaradılıb qısa müddətdə Litvanın beynəlxalq səviyyədə caz musiqisi təmsilçisi kimi şöhrət qazanıb. Qrup konsertdə repertuarında olan məşhur caz musiqi nömrələrini ifa edib.

Takumi Nakayama (saksofonçu), Yusei Takaxaşi (fortepiano), Takumi Katsuya (bas) Akira Yamadanın (zərb alətləri) yer aldığı yapon kvartetinin çıxışı da cazsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Mədəniyyət Fondu tərəfindən təşkil edilən builki festivala 10-dan çox ölkədən ifaçı qruplar qatılmışdı. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, ABŞ, Kanada, Fransa, İsveç, Almaniya, Niderland, Yaponiya, Rusiya, Gürcüstan, Ukrayna digər ölkələrin tanınmış caz ifaçıları konsert proqramı ilə çıxış ediblər.

Festival çərçivəsində, həmçinin sərgilər, ustad dərsləri, “Mənim tanıdığım Vaqiffilminin nümayişi, “Uşaq caz günü” müsabiqəsi təşkil olunub.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.4.