Turizm dünyasında Azərbaycana böyük etimad
Ölkəmiz Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının
sədri seçilib
Oktyabrın 31-də Misir Ərəb Respublikasının Luksor şəhərində Birləşmiş
Millətlərin Dünya
Turizm Təşkilatının
(UNWTO) İcraiyyə Şurasının
104-cü sessiyası işə
başlayıb.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti
iştirak edir. Nümayəndə
heyətinə Azərbaycanın
Misir Ərəb Respublikasındakı səfiri
Tural Rzayev, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin
müdiri Vasif Eyvazzadə, İnformasiya və ictimaiyyətlə əlaqələr, Turizm şöbələrinin əməkdaşları
Türkan Rüstəmova,
Cavid Abdullayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev daxildir.
Sessiyanın proqramına 2016-cı ildə turizm sahəsində meyllər və fəaliyyətlər,
turizmə yanaşma, prioritetlər və idarəetmə, 2016-2017-ci illər
üzrə görüləcək
işlərin ümumi
proqramı, büdcə
ilə bağlı Komitənin hesabatı, təşkilatın Baş
katibinin hesabatı, İcraiyyə Şurasının
104-cü sessiyasının qərarlarına baxılması,
o cümlədən, 2017-ci ildə Şuraya sədrlik məsələləri
salınmışdı.
Tədbirdə Dünya Turizm Təşkilatının Baş
katibi Taleb Rifai, 40-dan çox ölkənin turizm naziri, nazir müavinləri,
səfirləri və
yüksək vəzifəli
şəxsləri iştirak
edir.
Mədəniyyət və turizm naziri sessiyada
çıxış edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının
104-cü sessiyasında çıxış
edib. Nazir çıxışında
Azərbaycan nümayəndə
heyəti adından yüksək təşkilatçılığa
və qonaqpərvərliyə
görə ev
sahibi ölkəyə
təşəkkürünü bildirib.
Azərbaycanın qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın
bir qolu olan turizmin əhəmiyyətli
rol oynadığını
vurğulayan nazir son illər bu sahədə
həyata keçirilən
layihələr haqqında
məlumat verib, viza prosedurunun sadələşdirilməsindən sonra əvvəlki illərlə müqayisədə
xarici turistlərin səfərlərində 11 % artımın
olduğunu diqqətə
çatdırıb.
Əbülfəs Qarayev ölkəmizin
ev sahibliyi
etdiyi beynəlxalq tədbirlərin əhəmiyyətindən
danışaraq 2017-ci ilin
aprelində Bakıda keçiriləcək IV Dünya
Mədəniyyətlərarası Dialoq Forumu və
tədbir çərçivəsində
təşkil olunacaq turizm nazirlərinin konfransı haqqında da məlumat verib.
Qeyd olunub ki, 2017-ci il dünyada
“İnkişaf naminə
davamlı turizm beynəlxalq ili” çərçivəsində ölkəmizdə də bir sıra layihələr
həyata keçiriləcək.
Nazir çıxışında
Azərbaycan Respublikası
Prezidentinin turizm sahəsinə göstərdiyi
yüksək diqqətdən
bəhs edərək
2016-cı ilin 1 sentyabr
tarixində turizmin inkişafına dair imzalanmış sərəncamın
əhəmiyyətini və
sentyabr ayının
27-nin Azərbaycan Respublikasında
“Turizm işçiləri
günü” peşə
bayramı elan edilməsini xüsusilə
vurğulayıb.
Azərbaycan 2017-ci ildə Dünya
Turizm Təşkilatı
İcraiyyə Şurasına
sədrlik edəcək
Sessiyada Birləşmiş Millətlər
Dünya Turizm Təşkilatı İcraiyyə
Şurasına 2017-ci ildə
sədrliklə bağlı
məsələyə də
baxılıb. Azərbaycan sədrliyə öz
namizədliyini təqdim
edib və aparılmış danışıqlar
nəticəsində üzv
ölkələrin dəstəyi
ilə ölkəmizin
sədrliyi təsdiqlənib.
Beləliklə, ölkəmiz
gələn il
turizm dünyasının
bu mötəbər qurumuna rəhbərlik edəcək. İcraiyyə Şurasına sədrin
birinci müavini Zambiya, ikinci müavini isə Serbiya seçilib.
Bununla bağlı
Azərbaycan adından
sədr qismində çıxış edən
nazir Əbülfəs
Qarayev sədrlik müddətində Dünya
Turizm Təşkilatı
tərəfindən turizmin
inkişafı və insanların rifahına töhfə verməsi, həmçinin 2017-ci ilin
"İnkişaf naminə
davamlı turizm beynəlxalq ili” olduğunu nəzərə
alaraq, bu istiqamətdə bütün
təşəbbüsləri dəstəkləyəcəyini bildirib.
Azərbaycanın Birləşmiş Millətlər
Dünya Turizm Təşkilatı İcraiyyə
Şurasının sədri
seçilməsi Prezident
İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə
turizm sahəsində həyata keçirilən
islahatların nəticəsi
olaraq, ölkəmizin
beynəlxalq turizm məkanında qazandığı
nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış
təşkilatı olan
Dünya Turizm Təşkilatının və
İcraiyyə Şurasına
üzv olan dövlətlərin Azərbaycana
olan etibarının göstəricisidir.
Şəhər turizmi üzrə
5-ci Qlobal Sammit
Noyabrın 1-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyası işini başa vurub. Yekun iclasda qurumun Baş katibliyinin və Proqram və Büdcə komitəsinin hesabatları, 2018-2019-cu illər üzrə Ümumi iş proqramı, eləcə də Azərbaycanın Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri seçilməsi və digər məsələlər haqqında qərarlar təsdiq edilib.
İclasın ardınca Dünya Turizm Təşkilatının "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" işə başlayıb.
“Şəhərlər: qlobal səyahətlər üçün yerli mədəniyyət” devizi altında keçirilən sammitin açılışında Baş katib Taleb Rifai, Misirin turizm naziri Yehia Raşed, Luksor şəhərinin qubernatoru Muhamed Sayed Bedr və Dünya Turizm və Səyahətlər Şurasının prezidenti David Skousil çıxış edib.
Sonra "Perspektivlər və çətinliklər" mövzusunda şəhər turizmi üzrə yüksək səviyyəli panel iclası keçirilib.
İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhər turizmi, bu turizm növünün inkişaf perspektivləri, onun sosial və iqtisadi təsirləri və potensial problemləri haqqında danışıb.
Şəhər turizmində davamlı və hərtərəfli inkişafa nail olmaq məqsədilə hansı işlərin görülməli olduğunu qeyd edən nazir, bu növ turizmin multifunksional təbiətinin çox dəqiq planlaşdırma və idarəetməyə ehtiyac yaratdığını vurğulayıb.
Əbülfəs Qarayev ölkəmizin paytaxtında, eləcə də digər böyük şəhərlərdə bu növ turizmin planlaşdırılması və gələcək perspektivlər, bu sahə üzrə inkişafın təmin edilməsi məqsədilə görüləcək işlər barədə ətraflı söz açıb.
İclas şəhər turizmi mövzusu ətrafında müvafiq müzakirələrlə davam edib.
"Şəhər turizmi
üzrə 5-ci Qlobal Sammit"
işini noyabrın 2-də davam etdirəcək.
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.3.