Bakıda VII Avropa Film Festivalı başlanıb

 

 

Noyabrın 3-də Bakıda VII Avropa Film Festivalının açılışı olub. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

“Park Bulvar”da baş tutan açılış mərasimində “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev deyib ki, 10 gün davam edəcək festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii sənədli filmlər nümayiş olunacaq. Filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark “Flame Tower”dəki kinoteatrlarında nümayiş olunacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard festivalın nümayiş olunacaq ekran əsərləri vasitəsilə Avropa mədəniyyətinin müxtəlif rakurslardan tamaşaçılara çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib. O, festivala göstərilən dəstəyə görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Festivalın ilk günü İspaniya rejissoru David Truebenin komediya-dram janrında ekranlaşdırdığı “Bağlı gözlərlə yaşamaq asandır” filmi nümayiş olunub. Həmin gün Yunanıstan istehsalı olanKiçik İngiltərə” filmi də təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.2.