Şəhər turizminin inkişafında mədəniyyətin
rolu
Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının “Şəhər
turizmi üzrə 5-ci
Qlobal Sammit”i başa çatıb
Xəbər verdiyimiz kimi, 1-2 noyabr tarixində Misir Ərəb Respublikasının Luksor şəhərində Birləşmiş
Millətlərin Dünya
Turizm Təşkilatının
(UNWTO) “Şəhər turizmi
üzrə 5-ci Qlobal Sammit"i keçirilib. Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə
heyəti iştirak edib.
Sammitin birinci günü "Perspektivlər
və çətinliklər"
mövzusunda panel iclası
keçirilib. İclasda çıxış edən Əbülfəs Qarayev şəhər turizmi, bu turizm
növünün inkişaf
perspektivləri, onun sosial və iqtisadi təsirləri və potensial problemlər haqqında danışıb.
Sammitin ikinci günü panel iclasında
Azərbaycanın mədəniyyət
və turizm naziri moderator qismində çıxış edib.
"Şəhər turizminin inkişafında mədəniyyətin
rolu" mövzusunda keçirilən panel iclasında
mədəni turizm, eləcə də maddi və qeyri-maddi
irs elementlərinin
şəhər turizmində
rolu və bir sıra digər
mühüm məsələlər
müzakirə olunub.
Panel iclasının açılışında
çıxış edən
nazir Əbülfəs
Qarayev mədəniyyət
və şəhər
turizmi arasındakı
münasibətlərdən, mədəni elementlərin
turizmin inkişafında
istifadə edilməsi
yollarından, eləcə
də ölkəmizdə
bu istiqamətdə görülən işlərdən
danışıb.
Mədəniyyət və turizmin qarşılıqlı əlaqəsindən
bəhs edən nazir 2017-ci ildə ölkəmizdə keçiriləcək
IV Dünya Mədəniyyətlərarası
Dialoq Forumu haqqında məlumat verib və panel iclasının iştirakçılarını,
eləcə də tədbirin qonaqlarını
foruma dəvət edib.
Həmin gün "Şəhər
turizmi üzrə 5-ci
Qlobal Sammit" öz işini başa çatdırıb.
Xatırladaq ki, sammitdən
öncə, 31 oktyabr - 1 noyabr
tarixlərində Misirin Luksor
şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı
İcraiyyə Şurasının 104-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan
2017-ci il üzrə İcraiyyə
Şurasının sədri seçilib.
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.3.