“Euronews”
kanalında Bakı caz festivalı haqqında süjet
“Euronews” televiziya
kanalı 22-30 oktyabrda
Bakıda keçirilmiş
beynəlxalq caz festivalından süjet hazırlayıb. Süjetdə Azərbaycan paytaxtında
ənənəvi caz musiqi festivalının keçirildiyi vurğulanır,
Bakının bu günlərdə dünya
caz mərkəzinə
çevrildiyi qeyd olunur.
Bildirilir ki, builki festivalın
proqramında 60-dan çox
konsert yer almışdı. Festivalda yerli musiqiçilərlə
yanaşı, dünya
şöhrətli ifaçılar
da iştirak ediblər.
Süjetdə Azərbaycanın caz tarixinə də nəzər yetirilib. Qeyd olunur
ki, Bakıda caz hələ II Dünya müharibəsindən
əvvəl - ötən
əsrin 30-cu illərində
yaranıb.
Bildirilir ki,
festivala kiçikyaşlı
musiqiçilər də qatılıblar. Onlar
üçün xüsusi
olaraq “Kids Jazz” (“Uşaqlar üçün caz”)
proqramı və müsabiqə təşkil olunub.
“On yaşlı saksafon
ifaçısı Ləman Qasımova da onlardan biridir. O, üç ildir saksafonda ifa etdiyini deyir və peşəkar
musiqiçi olmağı arzulayır”, -
deyə süjetdə vurğulanır.
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.3.