Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim
edilib
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokoluna əsasən şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təsis edilib. Təşəbbüsün məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.
ADMİU-nun elmi
şurasının qərarı ilə təqaüd rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel
Qafarovaya verilib.
Noyabrın 2-də “Azərbaycanfilm” kinostudiyasında təqaüd
tələbə-rejissora təqdim edilib.
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.4.