“Müasir
fotoqrafiyanın əsasları” mövzusunda
treninq
Masallı şəhərindəki “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Müasir fotoqrafiyanın əsasları” mövzusunda treninq keçirilib.
Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə gerçəkləşən tədbirdə tanınmış rejissor, operator, ssenarist İsrafil Ağazadə region gəncləri və ali məktəb tələbələrinə foto çəkilişinin sirlərindən bəhs edib.
Treninq zamanı fotoqrafiya sənətinin əsasını təşkil edən amillər - fotokompozisiya, işıqlandırma, rakurs, ekspozisiya və digər məqamlar, eləcə də yeni rəqəmsal texnologiyaların imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu gün müasir fotoqrafiya həm də geniş dünyagörüşü tələb edir.
Mühazirədən sonra gəncləri maraqlandıran suallar ətrafında diskussiya olub.
İsrafil Ağazadə Moskvada Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunda
A.V.Qalperinin emalatxanasında təhsil
alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
müəllimidir. Portret, şəhər
həyatı, idman və s.
janrlarda fotoların müəllifidir.
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.5.